Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Ölkənin xərçəng bəlası: Ondan xilas olmaq mümkündürmü?

Ölkənin xərçəng bəlası: Ondan xilas olmaq mümkündürmü?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb)


Xərçəng xəstəliyi Azərbaycanda daha geniş yayılmağa başlayıb və bir az da gəncləşib. Artıq adamlar bu xəstəliyin genetik olduğunu iddia edirlər. Onkoloqların bəziləri həqiqətən də bəzi xərçəng növlərinin nəsildən-nəslə ötürüldüyünü bildirir. 

Bundan əlavə, az qala ölkəni bürüyən xəstəliyin müalicəsində istifadə olunan dərman preparatlarının qiyməti od tutub yanır. Hətta bəzi insanların imkanı olmadığından qısa zamanda xəstəliyə təslim olur.

Xərçəng xəstəliyinə tutulmamaq üçün insanlar nə etməlidir? Ümumiyyətlə, bu xəstəlikdən qorunmağın yolları varmı?

Farmakoloq, tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, xərçəng bu gün sağalması mümkün olmayan, məsələn, diabet, hipertoniya, parkinson və s. kimi genetik faktorlara aid olan xəstəliklərdəndir:


"Əgər bir neçə dönəm nəsildə xərçəng xəstəsi olubsa, xəstəliyin onların həyatında olması ehtimalı da kifayət qədər yüksəkdir. Amma insanlarda belə bir fikir var ki, əgər anası, qızı şəkərdirsə, deməli, onun nəvəsi də şəkər olacaq. Mən bu yanaşmanın əleyhinəyəm. Niyə?  Xərçəng daxil, bu tip xəstəliklər insanların həyat şəraitindən çox asılıdır. Bu gün mənşəyi məlum olmayan xəstəliklərin əsas səbəbi hüceyrə səviyyəsində zədələnmələrin baş verməsidir. Hüceyrə səviyyəsində zədələnmələrin baş verməsi isə təxminən 6 faktordan asılıdır. Bu faktorların başında qidalanma dayanır. Yəni nə qədər keyfiyyətsiz qidalanırıqsa, yaxud da qida rasionu nə qədər ağırdırsa, o qədər bu hüceyrələrin zədələnmə ehtimalı böyükdür. 

İkincisi, ekoloji faktordur. Nə qədər hava çirklidirsə, ətrafda dəm və karbon monoksid qazının həcmi yuxarıdırsa, yaxud havada radiasiya fonu kifayət qədər yuxarıdırsa, məsələn, Bakıda klassik neft emal edən şəhər kimi radiasiya fonu yuxarıdır, bu normaldır. 

Üçüncüsü,  dərman və kimyəvi zəhərlənmələr, qarasına qəbul olunan dərmanlar. Xüsusi ilə də son vaxtlar dəb olan və həkim nəzarəti olmayan, heç bir laborator analizlərə söykənməyən vitamin qəbulları. Kimyəvi zəhərlənmələrə ən çox mətbəxdə və gündəlik istifadədə olan kimyəvi reagentlərin, yəni şampun, paraşok, qabyuyucular və s.-lə təmas üçüncü faktor sayılır. 

Dördüncü faktor viruslar və yolxucu xəstəliklərdir. Buna bütün növ virus və yolxucu xəstəliklər aiddir. Qriplərdən "Covid”ə qədər. 

Beşinci faktor zərərli vərdişlərdir. Hansı ki, bura siqaret, alkoqollu içkilər və narkotik qəbulu aiddir. Altıncı faktor və mənim şəxsən birinci hesab etdiyim faktor stresdir. Bura daxildir - əsəb, nevroloji gərginlik, psixoloji durum və depressiya və s. Bu 6 faktor orqanizmdə sərbəst radikallar yaradır. Sərbəst radikalların əsas xüsusiyyəti orqanizmdə olan sağlam hüseyrələrə yapışmaq və onların elektronlarını götürməkdir”.

Müşfiq Hüseynov əlavə edib ki, nəticədə sağlam hüceyrələr elektronlarını itirərək, sərbəst radikallara çevrilirlər:

"Bu zaman sərbəst radikal öz keyfiyətlərini saxlayır, demək ki, həndəsi silsilə ilə çoxalır. Orqanizmə daxil olan sərbəst radikallar hüceyrələrə yapışmaq və onlardan elektronlarını götürməklə çoxalmağa başlayır. Buna da xalq arasında elmi dildə metastaz deyirlər. Metastaz təkcə xərçəng hüceyrəsinin yayılması deyil, eyni zamanda hər hansı bir orqanın, hər hansı hüceyrəsinin zədələnməsi və yanındakı hüceyrələrin artaraq bu xəstəliyin, yaxud da bu formanın genişlənməsidir. Məsələn, mədə xərçəngini götürsək, insan bu xəstəliyə tutulmamışdan öncə uzun bir yol keçir. Əvvəlcə mədənin hər hansı bir hüceyrəsi zədələnir və sonra bu qızartı formasına keçir. Ardınca mədənin xorası yaranır və sonuncu mərhələ xərçəngə gətirir”.

Bundan qorunmaq mümkündürmü?

Ekspert istəlinən xərçəng xəstəliyindən qorunmağın mümkünlüyünü vurğulayıb:

"Bunun üçün kompleks tədbirlər lazımdır. Bəs bu tədbirlərə nələr daxildir? Birincisi, yuxarıda saydığım 6 faktordan mümkün qədər qorunmaq. Normal və sağlam qidalanmaq şərtdir. İkincisi isə metabolizmə diqqət etmək lazımdır. Yəni, aktiv həyat tərzi, idman, fiziki güclənmələr, həkim nəzarəti olmadan dərman qəbulunu dayandırmaq, stresdən uzaq olmaq, viruslardan qorunmaq, mətbəxtdə qoruyucu vasitələrdən, məsələn, əlcəklərdən istifadə etmək vacibdir. İstirahət şərtdir. Bunların hər birinə əməl etməklə sərbəst radikalladan qoruna bilərsiniz. Bu yetərlidirmi? Yetərli deyil. Sərbəst radikalların hər birini bu şərtlərə əməl etməklə neytallaşdırmaq qeyri-mümkündür. Bəs, nə edək? Dünyada qəbul olunmuş qayda sağlam və keyfiyyətli qidalanmaqdır. Gəlin görək bu gün bizim yediyimiz meyvə-tərəvəzdə bizə lazım olan xeyirli vasitələrin, yaxud da molekulların sayı yetərlidirmi? Biz onlardan tam olaraq yararlana bilmirik. Məsələn, bu gün təbiətin bizə verdiyi ən güclü antioksidantlardan, xərçəng hüceyrələrinə qarşı mübarizə aparan sərbəst radikalları neytrallaşdıran molekullardan biri nardır. Biz kifayət qədər nar yeyə bilirikmi? Əlavə qida əlavələrini qəbul etməliyik. Bunlar hamısı olduqda həm genetik faktorla mübarizə aparırıq, həm də alınması qaçılmaz olan sərbəst radikallarla. Bunların hər biri bizi xərçəngdən qoruyur”.

Xərçəng xəstəliyinin geçikmiş, yəni 3-cü, 4-cü dərəcəsinə gəlincə, ekspert bu mərhələdə prosesin çətinləşdiyini qeyd edib:

"Bunun da ana səbəbi xəstəliyin müalicəsində qəbul olunan dərman vasitələrinin çox baha olmasıdır. Bu da dünyada yayılmış vasitədir. Bu gün dünyada xərçəngə qarşı istifadə olunan dərman vasitələri çox bahadır. Biz bunun istehsalçısı deyilik və resusları da yoxdur. Bu tip dərmanların qiymətinin bahalığı ilə ya mübarizə aparmalıyıq, ya da barışmalıyıq. Dövlətin xərçəng xəstələrini sosial tibbi sığortaya daxil etməsindən söhbət gedir. Bu məsələ artıq dövlətə aiddir”.  


Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri