Icma.az
close
up
RU
Ölkəyə mal gətirən sahibkarlardan nazirlik rəsmiləri pulu belə alıb MƏHKƏMƏ İŞİ

Ölkəyə mal gətirən sahibkarlardan nazirlik rəsmiləri pulu belə alıb MƏHKƏMƏ İŞİ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“Cebheinfo.az” Musavat.com -a istinadən xəbər verir ki, hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Prosesdə ilk dindirilən şahid Arzuman Yaqubov oldu. Şahid müttəhimləri tanımadığını bildirib. Deyib ki, sahibkarlıqü fəaliyyəti ilə məşğul olur. Ölkəyə İrandan yuyucu tozlar idxal edir. Sahibkar ölkəyə gətirdiyi yuyucu tozlar üçün sertifikat almaq üçün Samir adlı şəxsə pul verdiyini, hər məhsul üçün 100-110 manat ödədiyini açıqlayıb”. Şahid Sərdar Xasayev də sahibkar olduğunu, Türkiyədən Azərbaycana gigiyenik vasitələr gətirdiyini deyib. O, müttəhimlərdən kimsəni tanımadığını, hər məhsul üçün 450 manat ödədiyini açıqlayıb. Ona verilən suala cavab olaraq “Əgər ödəniş etməsəydim, mənə sertifikat verilməyəcəkdi” deyib.

Kamran Əsədov bildirib ki, o, yalnız Tahir Vəliyevi tanıyır. Tahir Vəliyevlə şəxsi danışığı olmadığını, sadəcə onu tanıdığını diqqətə çatdırıb. Məlum olub ki, şahid ölkəyə xaricdən kremlər gətirir və gətirdiyi mallara görə gömrük orqanına sertifikat təqdim etməlidir. Buna görə də sertifikat almaq məqsədi ilə 250-300 manat ödəyib. Şahid Nicat İsmayılov da ölkəyə İrandan, Çindən və Türkiyədən uşaq oyuncaqları gətirən sahibkardır. Məhkəmədə verdiyi ifadəsində bildirib ki, Ceyhun adlı şəxsə hər məhsul üçün 350 manat ödəniş edib, əvəzində ona sertifikat təqdim olunub. Sertifikatı gömrüyə təqdim etdikdən sonra malları götürüb. Şahid Svetlena Allahverdiyeva “Saxa Kids” MMC-nin direktoru olduğunu, müttəhimlərdən biri ilə telefonla danışdığını bildirib. Onun sözlərindən məlum olub ki, hüquqi şəxs olaraq fəaliyyət göstərir. MMC Türkiyə, Almaniya və İngiltərədən uşaq geyimləri idxal edir. “Mallarımız gömrükdə idi və hər gün üçün 100 dollar ödəniş etməli olurduq. Bizə dedilər ki, 300 manat ödəniş edin, lisenziya verilsin”, deyə şahid məhkəmədə bildirib. Gömrüyə hər gün üçün niyə 100 dollar ödəməsinin səbəbini açıqlamayan şahid 300 manatı Samir ya da Sahib adlı şəxsin karta göndərdiyini bildirib. Bundan sonra ona lisenziya verildiyini və malları gömrükdən götürə bildiriyini açıqlayıb. Qeyd edək ki, ötən ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Nəticəsində publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev saxlanıblar. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Tutulan vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb. İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Növbəti proses sentyabrın 16-na təyin olunub.

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri