Icma.az
close
up
RU
Ölməzliyə qovuşan əbədiyaşar şəxsiyyət Xalq yazıçısı Elçin haqqında bir neçə söz

Ölməzliyə qovuşan əbədiyaşar şəxsiyyət Xalq yazıçısı Elçin haqqında bir neçə söz

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Xalqı, milyonlarla oxucuları tərəfindən sevilən sənətkarlar heç vaxt ölmürlər, onlar dünyalarını dəyişirlər, əbədiyyətə qovuşurlar, öz əsərləri ilə, yaratdıqları ilə əsrlər, qərinələr keçdikcə yeni-yeni nəsillərin sevgisini qazanırlar, onların müasirlərinə və kumirlərinə çevrilirlər. Çoxşaxəli yaradıcılığı ilə, dadlı-duzlu hekayələri ilə, tarixi romanları ilə, biri-birindən maraqlı pyesləri ilə, işıq üzü görən andaca böyük ədəbiyyat hadisəsinə çevrilən ədəbi-tənqidi yazıları və əsərləri ilə daima yaddaşlarda yaşayacaq Xalq yazıçısı Elçin məhz belə sənətkarlarımızdandır.

Ölüm haqdır, bir gün yaranan, bir gün köç etməlidir bu dünyadan! Lakin onun bu vəfasız dünyadan köç etməsi qəfildən, gözlənilməz oldu! Necə deyərlər "Ömür vəfa etmədi", neçə-neçə yarımçıq əsərləri qaldı, bitməmiş romanı, poeması, pyesi qaldı Elçin müəllimin! Heç kim bilməsə də, mən bilirəm ki, o, nələri yazmaq istəyirdi.

Dünya xalqlarının bir neçə dillərində çap olunan məşhur "Baş" romanının premyerasını çox böyük həvəslə və səbirsizliklə gözləyirdi Elçin müəllim! Öz şakərinə və atası rəhmətlik İlyas müəllimin şakərinə uyğun olaraq məşqləri çox böyük həvəslə seyr edirdi, iradlarını və fikirlərini bildirirdi, məsləhətlərini verirdi. Elçin müəllim pyeslərinin tamaşaya qoyulmasından çox sevinirdi və bunu böyük fəxrlə dilə gətirirdi. Hələ 2013-cü ildə biz onun birinci biblioqrafiyasını nəşrə hazırlayarkən mən təklif etdim ki, Elçin müəllin, gəlin Sizin səhnəyə qoyulmuş əsərlərinizin siyahısını biblioqrafiyaya əlavə edək. Çox sevindi və dedi ki, "Kərim, ürəyimdən xəbər verdin, İlhama deyin (İlham Rəhimli), onda tam siyahı var. Axı mənim pyeslərim həm Bakı və həm də bölgə teatrlarında kifayət qədər oynanılıb!"

İndi Elçin müəllim aramızda yoxdur, əbədiyyətə qovuşub. Ancaq doğmalarından sonra bir mən bilirəm ki, əcəl onu vaxtsız haqladı, hələ çox şeyləri yazıb bitirməyə macal vermədi!

Tez-tez zəng edirdi ki, "...bağışla, sənə yenə əziyyət verəcəm, gör filan məsələ barədə nə tapa bilərsən, məncə, filan kitabda bu barədə nəsə olmalıdır, səhv etmirəmsə və yaddaşım məni aldatmırsa!" Ancaq çox gözəl yaddaşı vardı, heç zaman onu aldatmırdı!

Son vaxtlar Mircəfər Bağırov haqqında nəsə sanballı bir şey yazırdı, deyirdi ki, "...kifayət qədər sanballı materiallar toplamışam, arxiv materialları əldə etmişəm və sanballı bir əsər yazacam! Sən isə mənə o dövrdə dövri mətbuatda M.Bağırov haqqında yazılan materiallarla kömək elə". Mənə elə gəlir ki, artıq bu mövzuda onun yarımçıq qalmış sanballı əlyazmaları olmalıdır. Çox məhsuldar işləyirdi və bəlkə də gözəgörünməz qüvvə ona nə isə pıçıldamışdı, ona nə isə agah olmuşdu! Hərdən deyirdim ki, Elçin müəllim, bir az ehtiyatlı olun, çox materiallar istəyirsiniz, onların hamısını birdən yazırsınız? Xəfifcə gülərək deyirdi ki, "Kərim, yazı-pozu vaxta baxmır, sən dediklərimi hazırla, sürücünü göndərəcəm".

Son vaxtlar mənə böyük bir siyahı göndərdi və dedi ki, Kərim, Mədəniyyət Nazirliyi mənim ikicildlik "Seçilmiş əsərlərimi" çapa hazırlayır, siyahıda göstərilən pyeslərin mətninin elektron variantını mənə göndərə bilərsiniz? Dedim baş üstə, Elçin müəllim! Bir saatdan sonra zəng etdim ki, Elçin müəllim, hazırdır, ancaq ilki pyesiniz kiril əlifbasındadır, onları gərək yenidən yığdıram. Dedim elektron poçt ünvanı verin, göndərim nəşriyyata hazır olanları. Dedi ki, Kərim, maşallah, siz lap avtomat kimi işləyirsiniz ki! Amma yox, özümə göndər, bir də baxacam, birdən səhv olar! Çox ehtiyatlı və dəqiq insan idi, hər şeyi zərgər dəqiqliyi ilə yoxlayırdı!

Elçin müəllim həm də Milli Kitabxananın ən yaxın dostu və himayədarı idi, bu kitabxananı çox sevirdi və 100 illik yubileyimizdə ilk "Fəxri oxucu" biletini də ona təqdim etmişdik. Hər dəfə bizim kitabxanaya gələndə gülümsəyərək deyirdi: "Kərim, bilmirəm nəyə görəsə, həmişə bu kitabxanaya, sizin tədbirlərinizə çox böyük məmnuniyyətlə, həvəslə gəlirəm! Hər nə vacib işim olsa da, onu kənara qoyub sizə gəlirəm!" Mən isə cavabında deyirdim: "Elçin müəllim, bura Sizin doğma ocağınızdır, burada nə yaxşı və yeniliklər görürsünüzsə, bütün onlar Sizin Milli Kitabxanaya diqqətinizin, sevginizin, dəstəyinizin bəhrəsidir!

2021-ci ilin yanvarında "Qarabağa kitabla gedək" layihəsinin təqdimat mərasimində ilk kitab təqdim edən ziyalımız, yazıçımız kimi Milli Kitabxanaya gələrkən 3-cü mərtəbədəki "humanitar elmlər zalı"na baş çəkməyi məndən xahiş etdi. Qalxdıq baxdıq və çox nostalji hisslər yaşayaraq dedi: "Kərim, mənim bu zalla bağlı çox kövrək xatirələrim var, mən arxada pəncərənin qarşısında küncdə paltoya bürünüb oturaraq "Baladadaşın ilk məhəbbəti"ni burada yazmışam! İndi isə burada istilikdən pəncərəni açırlar". Mən isə cavabında: "Elçin müəllim, bu da Sizin xidmətinizin bəhrəsidir!" dedim.

Və bir gəlişi zamanı ona təqribən 19 il öncə baş verən bir əhvalatı da danışdım: "2006-cı ilin sentyabrında Siz məndən bir neçə kitaba baxmaq üçün onları Sizə gətirməyi xahiş etmişdiniz. Və yanınızda olanda məndən soruşdunuz ki, Kərim, sirr deyilsə, nə qədər maaş alırsan? Mən Sizə o vaxt da çox gülməli görünən bir rəqəm dedim, Siz isə çox təəccüblənərək "Yox əşi, ola bilməz, o boyda Milli Kitabxananın direktoru bu qədər maaş alır? Bəs onda işçiləriniz nə qədər alır, bəs "milli status" aldınız, o, sizə nə verdi?" sualınıza verdiyim cavab Sizi heyrətə gətirdi. "Cavan oğlansan, yeni gəlmisən təşəbbüs qaldır, nə isə bir yenilik elə, qoy kollektiv və ictimaiyyət səni dəstəkləsin, nə lazım olsa mən də dəstək verərəm" dediniz. "Yadıma gəlmir, bəs axırı nə oldu? dediniz". Axırı o oldu ki, Siz o vaxtkı mədəniyyət naziri Ə.Qarayevə, maliyyə naziri Ə.Ələkbərova və əmək və əhalinin sosial müdafiəsi naziri Ə.Nağıyevə zəng vuraraq tapşırdınız ki, "Milli Kitabxananın yeni direktoru cavan oğlandır, yeni təklifləri var, yanınıza gələcək ona kömək etmək, dəstək vermək lazımdır" dediniz və Sizin təqdimatınız əsasında 2008-ci ilin yanvarından Milli Kitabxana çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Dövlət büdcəsindən ayrıca maddədə maliyyələşdirildi və Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci il yanvarın 1-dən Milli Kitabxananın əməkdaşlarının əmək haqlarına çox böyük əlavələr müəyyən edildi. Əməkdaşlarımız Sizin sayənizdə bu gün də həmin əlavəni alırlar!" Elçin müəllim "Kərim, mən qəhrəmanlıq eləməmişəm, sadəcə vəzifə borcumu yerinə yetirmişəm" dedi.

Ancaq Elçin müəllim 25 il Baş nazirin müavini vəzifəsində işləyərkən bütövlükdə Azərbaycan mədəniyyətinə, Azərbaycan ədəbiyyatına, Azərbaycan mənəviyyatına, kitaba xidmət edib,  ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verib!

Heyif Elçin müəllimdən! Hamımızın kisəsindən, xalqımızın, elimizin, mədəniyyətimizin, ədəbiyyatımızın kisəsindən getdi! Və vaxtsız, qəfildən, gözlənilmədən getdi! Hamımızı da nigaran qoydu getdi! Dünyasını dəyişməklə Ölməzliyə qovuşdu! Hamımızın, doğmalarının, onu sevənlərin qəlbində əbədi heykəlini yaratdı getdi! Sovetlər dönəminin məşhur "Altmışıncılar" nəslinin cəsarətli nümayəndəsi kimi ədəbiyyata gələn gənc Elçin, yalnız əsərlərinin siyahısı 100 səhifədən çox olan ədəbi, bədii və dramaturji yaradıcılığı ilə sağlığında özünə "Əbədiyaşar sənətkar" heykəlini ucaldaraq bu dünyadan köçdü və ölməzliyə qovuşdu.

Məkanı cənnət olsun, Qəbri nurla dolsun!..

Kərim TAHİROV
M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see158

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri