Icma.az
close
up
RU
Ölmüş ulduzun “külündən” yeni planet doğulub

Ölmüş ulduzun “külündən” yeni planet doğulub

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Astronomlar ölmüş ulduzun qalıqlarından formalaşdığı ehtimal olunan planet aşkar ediblər. Kəşf təsdiqlənərsə, bu, ağ cırtdanın ətrafında yaranmış ilk “ikinci nəsil” planet olacaq.

“Qafqazinfo” xəbər verir ki, “ikinci nəsil” planetlər ulduzun ömrünün sonunda kosmosa atdığı maddələrdən formalaşır.

Uorvik Universitetinin doktorantı Ceymi Uilyams belə planetlərin olduqca nadir olduğunu bildirib. Onun sözlərinə görə, bu kəşf “ulduzun külündən yenidən doğulmuş bir dünya” tapmağa bənzəyir.

Astronomlar əvvəllər pulsarların ətrafında “yenidən doğulmuş” planetlərin mümkün nümunələrini müəyyən ediblər. Lakin bu tip planetin ağ cırtdanın ətrafında ilk dəfə müşahidə edildiyi bildirilir.

Tədqiqatçılar HS 0209+0832 adlı ağ cırtdanın səthində qeyri-adi miqdarda niobium aşkarlayıblar. Alimlər bu kimyəvi izlərin ulduzun yaxınlığında yerləşən nəhəng planetdən gələn maddə ilə əlaqəli ola biləcəyini düşünürlər.

Onların ehtimalına görə, Yupiter ölçüsündə olan planet ulduzun məhvindən sonra geridə qalan materiallardan formalaşıb. NASA-nın TESS teleskopundan əldə edilən məlumatlar da bu ehtimalı gücləndirib. Müşahidələrdə hər 4,4 gündən bir təkrarlanan zəif siqnal qeydə alınıb.

Tədqiqatçılar planetin ulduza çox yaxın orbitdə hərəkət etdiyini və güclü şüalanma səbəbindən atmosferindəki maddələrin buxarlandığını düşünürlər. Həmin maddələrin ağ cırtdanın səthinə düşməsi isə müşahidə olunan kimyəvi izi yarada bilər.

Kəşf təsdiqlənərsə, alimlər digər ölmüş ulduzların ətrafında da oxşar kimyəvi izləri axtararaq “ikinci nəsil” planetləri müəyyən edə bilərlər.

Bu, planetlərin ulduzların ölümündən sonra necə formalaşdığını öyrənmək və ağ cırtdanların ətrafındakı dünyaları araşdırmaq üçün yeni imkanlar yarada bilər.

Tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.

Eyni jurnalda yayımlanan başqa bir araşdırmada isə qəhvəyi cırtdanla qırmızı cırtdandan ibarət ikili sistemdə maddənin bir ulduzdan digərinə axdığı müşahidə edilib. Tədqiqatçılar bu prosesin əvvəllər müşahidə edilmədiyini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Oktyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri