Icma.az
close
up
RU
Ölüm saçan su qızdırıcıları Nələrə əməl etmək lazımdır? AÇIQLAMA/FOTO

Ölüm saçan su qızdırıcıları Nələrə əməl etmək lazımdır? AÇIQLAMA/FOTO

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Evdə qaz təchizatı varsa, bu, artıq təhlükənin olması deməkdir. Qaz təchizatı olan evdə mütləq təhlükəsizlik tədbirləri görülməlidir".

Bu sözləri BAKU.WS-ə Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.

Onun sözlərinə görə, “Pitiminutka”, “İran peçi” və digər qaz sobalarının hər birinin təhlükəsiz qaydaları var:

"Birinci qızıl qayda budur ki, bu sobalar hansı otaqda yerləşdirilibsə, orada havalandırma olmalıdır. Bundan əlavə adlarını çəkdiyimiz sobalar üçün mütləq nəfəslik və ventilyasiya da olmalıdır. Ventilyasiya, havalandırma və nəfəslik olmayan yerlərdə bu tip sobaların yerləşdirilməsi yolverilməzdir.

Bəzi vətəndaşlar evlərə pəncərəsi olmayan otağa İran sobaları quraşdırırlar. Bu, olduqqca təhlükəli haldır. Ümumiyyətlə ehtiyac olmadığı təqdirdə bu tip qızdırıcılara üstünlük verilməməlidir. Bu baxımdan ən əlverişli qızdırıcı mərkəzi istilik və kombilərdir. Bu qızdırıcılar çöldə quraşdırılır, evin isti su və istiliyə olan tələbatı təhlükəsiz şəkildə təmin olunur. Kombi quraşdırılan evlərdə adətən dəm qazından zəhərlənmə halı olmur. Bu onunla əlaqədardır ki, evdə qaz təchizatı olmur.

Digər tərəfdən su qızdırıcılar mətbəxtdə quraşdırılsa da mütləq pəncərəsi olmalıdır: "Evdə otaqların quruluşu dəyişdiyi halda pəncərə, nəfəslik və şaxtaya diqqət yetirilməlidir. Bunların olmaması təhlükəli vəziyyətdən xəbər verir. Təhlükəni minimumlaşdırmaq üçün dəm qazı detektoru da olmalıdır. Həm dəm qazı, həm də qaz sızması əleyhinə detektor olmalıdır ki, qazın klapanı bağlansın".

Ekspert əlavə edib ki, normalara cavab verən qaz cihazlarından istifadə etmək lazımdır: "Belə cihazlar alarkən ucuz olana deyil, təhlükəsiz olana üstünlük vermək gərəkdir. Kustar üsulla hazırlanan cihazlardan istifadə sonda bir çox faciələrə gətirib çıxarır. Bir otaqdan digərinə rezin borularla qaz çəkib cihazlar istifadə etmək qətiyyən olmaz.

Hamam otağına su qızdırıcısı quraşdırılması üçün onun həcmi ən azı 6-7 kvadratmetr olmalıdır. Hündürlük isə ən azı 2 metrdən yuxarı olmalıdır. Əgər hamam otağında “pitiminutka” quraşdırılıbsa, yerdən ən azı bir metr hündürlükdə olmalıdır. Əgər bu hündürlük olarsa, onda onun tüstü bacası normal çölə çıxa biləcək. Tüstü bacası saz və dəmirdən olmaldıır. Bacanın deşik və çat olması qətiyyən yolverilməzdir. Hamamda mütləq nəfəslik, ventilyasiya işlək vəziyyətdə olmalıdır. Bəzən vətəndaşlar hamamdakı nəfəsliyi soyuq olmasın deyə bağlayırlar. Xüsusən də buna həyət evlərində rast gəlinir.

Digər nüans qaz cihazı olan hamamların qapısında dəliklərin olmasıdır. Bu da təhlükə riskini xeyli azaltmış olur. Əgər hamam otağının içinə hava keçmirsə, deməli yanma prosesi pozulacaq. Hamam otağına da detektor qoyulması mümkündür. Qiyməti 10-30 manat arasında dəyişən bu detektorlar dəm qazı yarandığı təqdirdə xəbər verir. Dəm qazının iyi, dadı və rəngi olmadığı üçün onu başqa cür müəyyən etmək olmur. Qaz sobalarının bacası yerləşdiyi hissədən 60 santimetr üfüqi formada çölə çıxmalıdır. Ona da diqqət etmək lazımdır ki, külək tutan istiqamətdə olmasın. Külək tutan istiqamətdə olarsa, tüstü bəzən geri qayıdır və bu da təhlükəli vəziyyət yaradır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri