Icma.az
close
up
RU
Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? Dünya yenidən təşviş içində

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib. Ölüm faktlarının qeydə alınması virusun pandemiyaya çevrilməsi ilə bağlı riskləri artırıb.

Virus necə yoluxur?

Hantavirusun yoluxma mexanizmi bir çox digər viruslardan fərqli olaraq, birbaşa gəmiricilərlə (siçan və siçovullarla) təmasa əsaslanır. Virusun insanlara keçməsində ən kritik məqam onun "havaya qarışması" halıdır. Virusun olduğu səthlərə toxunmaq yoluxma riskini artırır. Xüsusilə kütləvi yoluxma ehtimalı olan məkanlarda diqqətli olmaq lazımdır. Təyyarə, qatar, avtobus və ya gəmidə hantavirus sıxlıq və uzunmüddətli səfərlər zamanı yoluxmuş səthlər və ya ikram edilən qidalar vasitəsilə yayıla bilər.

Əlamətləri

Daha çox Amerika qitəsində, habelə Avropa və Asiyada da müşahidə olunan virus ağciyərləri zədələyir və tənəffüs çatışmazlığına səbəb ola bilər. O, böyrəkləri də zədələyir və qanaxmaya meyilliliklə müşayiət olunur. Hantavirusun ən geniş yayılmış yoluxma forması tənəffüs vasitəsi ilədir. Virus infeksiya daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə ətrafa yayılır. Məkanların təmiz saxlanılması və riskli ərazilərdə maska ilə hərəkət edilməsi tövsiyə olunur. Bu virusa yoluxan insanlarda hərarət və titrəmə, böyrək funksiyasının pozulması, baş, əzələ, qol və bel ağrısı, ürəkbulanma və ya qusma, ishal, müvəqqəti olaraq bulanıq görmə, öskürək, tənəffüsün pozulması, dəridə qaşınma kimi əlamətlər müşahidə edilir. Alimlərin dediyinə görə, hantavirus infeksiyasının müalicəsi üçün hansısa xüsusi müalicə və ya peyvənd tapılmayıb. Hantavirusların insandan insana yoluxmadığı qəbul edilir.

Kimlər risk altındadır?

Kənd təsərrüfatı fəaliyyəti zamanı gəmiricilərin yuva saldığı məkanlarla təmasda olduqları üçün fermerlər əsas risk qrupuna daxildirlər. Həmçinin, təmizlik işçiləri viruslu tozları nəfəslə daxilə çəkmək riski ilə üz-üzədirlər. Meşəlik ərazilərdə düşərgə quranlar, arxeoloqlar və ya dağ sığınacaqlarında qalanlar gəmirici tullantılarına daha çox məruz qala bilərlər. Binaların qaranlıq, rütubətli və siçanların yuva sala biləcəyi yeraltı və infrastruktur sahələrində çalışan texniki personal da bu riskdən istisna deyillər.

Virus necə və hansı şəraitdə yayılır?

Müəyyən təbiət hadisələri infeksiyanın yayılmasını sürətləndirə bilər. İqlim dəyişikliyi - həddindən artıq yağışlar və ya quraqlıq gəmiricilərin qida tapmaq üçün insan məskənlərinə daha çox daxil olmasına səbəb olur. Müəyyən illərdə gəmirici populyasiyasında baş verən kəskin artım virusun ətrafa yayılma miqdarını yüksəldir. Mövsümi yayılma adətən, yaz və payız aylarında daha çox müşahidə olunur. Bu dövrlərdə həm gəmiricilərin hərəkətliliyi artır, həm də insanlar yaz təmizliyi və ya məhsul yığımı kimi fəaliyyətlər səbəbilə bu ərazilərə daha çox daxil olurlar.

Necə qorunmaq olar?

Hantavirusla mübarizənin ən əsas yolu virusun mənbəyi olan gəmiricilərlə təması kəsmək və yaşayış sahələrini virusdan təmiz saxlamaqdır. Müalicə üçün peyvəndin hələ mövcud olmadığı nəzərə alındıqda, "təmizlik zamanı toz qaldırmamaq" qaydası həyati əhəmiyyət daşıyır.

Əlamətləri hansılardır?

İlk mərhələdə xəstəlik çox vaxt adi qrip və ya ağır soyuqdəymə ilə qarışdırılır, lakin xəstəlik irəlilədikcə vəziyyət ciddiləşir. Virus orqanizmə daxil olduqdan sonra ilk mərhələdə xəstələrin demək olar ki, hamısında görülən ümumi əlamətlər yüksək hərarət və titrəmə, şiddətli əzələ ağrıları, halsızlıq və yorğunluq, mədə-bağırsaq problemləridir.

Mənbə: Oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 May 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri