Icma.az
close
up
RU
ÖLÜMCÜL TƏHLÜKƏ: küçədən peraşki alarkən bunlara mütləq diqqət edin...

ÖLÜMCÜL TƏHLÜKƏ: küçədən peraşki alarkən bunlara mütləq diqqət edin...

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ucuz qiymətə satıldığı və ağız dadına uyğun olduğu üçün bir çox insan küçədə satılan peraşkilərə üstünlük verir. Lakin açıq havada, gigiyenik şəraitdən uzaq şəkildə təqdim olunan bu məhsullar bir sıra ciddi təhlükələr yarada bilər.

News24.az xəbər verir ki, mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, küçə şəraitində satılan peraşkilərdə ilk növbədə gigiyenik qaydalara diqqət olunmalıdır:

Asim Vəliyev

«Satıcının əllərinin, geyiminin və ümumi görünüşünün təmiz olması əsas şərtlərdəndir. Həmçinin, peraşkilər bişdikdən sonra qabın içərisində açıq şəkildə saxlanılır və servis olunur. Bu isə məhsulun tozlanmasına və mikroorqanizmlərlə çirklənməsinə şərait yaradır. İdeal halda bişmiş peraşkilər üzəri örtülü şəkildə saxlanmalı və qısa müddətdə satışa çıxarılmalıdır».

Ekspertin sözlərinə görə, tez-tez rast gəlinən problemlərdən biri də eyni yağın dəfələrlə dəyişdirilmədən istifadə edilməsidir:

«Peraşkilər qızardılan yağ bir neçə dəfə istifadə olunduqda toksik maddələr yaranır. Bu da xüsusilə qaraciyər üçün ciddi fəsadlar törədə bilər. Alıcılar peraşkinin dadı və qoxusuna diqqət yetirməlidirlər, əgər dəyişiklik varsa, məhsul köhnə ola bilər».

Asim Vəliyev əlavə edib ki, peraşkinin içliyindəki ət, kartof, kələm və digər məhsullara xüsusi diqqət göstərilməlidir. Bundan əlavə, satış məntəqəsinin ətrafının təmizliyi də böyük əhəmiyyət daşıyır:

«Bəzi satış nöqtələri sanitar baxımdan olduqca təhlükəli şəraitdə fəaliyyət göstərir. Belə yerlərdən qida məhsulu almaq qətiyyən tövsiyə olunmur. Əlavə olaraq, peraşkinin yanında təqdim olunan mayonez və ketçap da açıq vəziyyətdə saxlanılır. Bu sousların nə qədər müddətdir istifadə edildiyi bilinmir. Həmin souslar da bakteriya mənbəyi ola bilər».

Ekspert qeyd edir ki, ümumilikdə küçə yeməkləri müəyyən risklər daşıdığı üçün vətəndaşlar bu cür məhsulları istehlak edərkən son dərəcə diqqətli olmalıdırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 İyul 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri