Icma.az
close
up
RU
Ölümdən sonra yenidən doğuluruq? Quranda bildirilir ki...

Ölümdən sonra yenidən doğuluruq? Quranda bildirilir ki...

Icma.az, Sfera.az saytına istinadən bildirir.

İnsan ruhunun bir bədəndən ayrıldıqdan sonra başqa bir bədəndə yenidən doğulduğuna inananların sayı artmaqdadır. Bu anlayış reinkarnasiya adlanır və qədim zamanlardan bu günə qədər fərqli mədəniyyət və dinlərdə mühüm yer tutur. Müasir dövrdə isə bu ideya həm elmi araşdırmaların, həm də ruhsal axtarışların mövzusuna çevrilib.

İslamda reinkarnasiya anlayışı qəbul edilirmi? Qurani-Kərimdə bu barədə açıq və ya dolayı məlumat varmı?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri insanın ruh və bədəndən ibarət olması anlayışının Qurani-Kərimə məxsus bir yanaşma olmadığını bildirib.

Onun sözlərinə görə, bu fikirin kökləri qədim Yunan fəlsəfəsinə, xüsusilə Orfizm adlanan düşüncə sisteminə gedib çıxır:

“Orfizmdə insanın bədən və ruhdan ibarət olması irəli sürülür. Sonrakı dövrlərdə bu fikir müxtəlif formalarda yayılmışdır. Qurani-Kərimdə isə ruh termini işlədilir, lakin konkret şəkildə “insan ruh və bədəndən ibarətdir” şəklində bir ifadə yoxdur. Quranda insanın vəfatı, ruhun alınması kimi məsələlərə toxunulur, eyni zamanda “ruh əl-qudus”, “ruh əl-əmin” kimi ifadələr mövcuddur. Bəzi hallarda ruh termini vəhy və elm mənasında işlədilmişdir”.

Dinşünas insan ruhunun bir bədəndən digərinə keçməsi (reinkarnasiya) anlayışının Qurani-Kərimdə qəbul olunmadığını və bunun İslam baxımından məntiqsiz bir yanaşma olduğunu vurğulayıb:

“Çünki insanın axirətdə mükafatlandırılması və ya cəzalandırılması onun öz əməllərinə əsasən olacaq. Əgər bir ruh başqa bir bədənə keçərsə, o zaman hansı bədənə aid olduğu və hansı əməllərin sahibi olduğu aydın olmaz. Bizdə çox bilinməyən aqnostik dinlər deyilən anlayış var ki bu inancda ruhun bədənə zindan kimi baxıldığına rast gəlirik. Bu inanca görə, insan öldükdə ruh həmin bədəndən azad olur. İslam isə bu baxışı qəbul etmir. Hər bir ruh yalnız bir insana aiddir və təkrar doğuluş anlayışı İslamda yoxdur”. 

E.Miri əlavə edib ki, bir dövrdə 300 milyon insan yaşamışdısa, o qədər də ruh vardı:

“Hazırda isə dünya əhalisi 8.1 milyarddır. Bu, ruhların artması və yenidən doğulması anlayışının əsassız olduğunu göstərir. Reinkarnasiya əsasən uzaq şərq dinlərində yer alan bir inancdır və daha çox yeni mənəvi axtarışda olan insanlar üçün cəlbedici görünür. Bu dinlərdə inananlar düşünür ki, bu dünyada kasıb, acınacaqlı həyat yaşayan birinə acımaq lazım deyil. Çünki onun əvvəlki həyatında pis əməlləri olub və bu günkü halı onun cəzasıdır. Eyni zamanda, varlı və nüfuzlu şəxslər keçmiş həyatlarında yaxşı biri olduqları üçün mükafatlandırılıblar. Bu düşüncə karmanı və təbəqələşmə sistemini (kastalar) formalaşdırıb”.

Məsələ ilə bağlı ABŞ-də yaşayan azərbaycanlı şüuraltı mütəxəssis Fərdi Bayramov fərqli mövqe sərgiləyib. O bu fikrə keçməzdən öncə insanların “ruh” deyilən şey barəsində zehinlərində ilkin canlanan anlayışın nə olduğunu bilməyin önəmli olduğunu diqtə edib:

“Belə ki, çoxu ruh deyildikdə “Casper”adlı cizgi filmindəki tipdə bir şey təsəvvür edirlər. Belə ki, bu varlıq divardan keçir, dilədiyi yerə hərəkət edir və s. Ancaq gerçəkdə dinlərin kökündə deyilən “ruh” qavramı simvolik bir anlamda istifadə olunan insan şüurunun adıdır".

Mütəxəssisin sözlərinə görə, ruh, nəfs, əql, qəlb — bu dörd ifadə bir-birinin əvəzləyicisi olaraq İslamda və qədim dinlərdə öz yerini tapmışdır:

“Yəni “ruh” deyilən şeyin xəyali, şəffaf bir işıq dalğası olmadığını aydınlaşdırdıqdan sonra və kvant biologiyasında şüurluluğu təşkil edən sistemi dərindən öyrəndikdən sonra artıq bu simvolik mənaya cəfəngiyyat düşüncələri ilə yanaşmaq absurd gəlməyə başlayır. Belə ki, “Orchestrated Objective Reduction” (təşkil olunmuş obyektiv azalma) nəzəriyyəsində Roger Penrose və Stuart Hameroff şüurluluğu yaradan şeyin neyronlar içindəki kiçik mikro borucuqlar daxilində gedən kvant dünyasına məxsus fenomenlər olduğunu ifadə edirlər. Günümüzdə də bir çox laboratoriyalarda bu fikir təcrübədən keçir”.

Ekspert bütün dövrlərin, xüsusilə də müasir dövrün spiritualistlərinin isə simvolik mənada olan reinkarnasiya qavramını tamamilə yanlış şərh etdiklərini, ruhun öz təkamülünü tamamlamadıqda digər bədənlərə keçərək əvvəlki həyatın karmasını təcrübə etdiyini düşündüklərini əlavə edib:

“İroniya isə budur ki, bu xurafatlara inanan kifayət qədər müsəlman var. Halbuki Qurani-Kərim reinkarnasiya düşüncəsini açıq şəkildə rədd edir:

“Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizə həyat verdi. Sonra sizi öldürəcək, sonra yenidən dirildəcək, sonra Ona qaytarılacaqsınız” (Bəqərə surəsi, 28).
Bu ayədə yalnız bir doğuluş və bir dirilmə olduğu aydın şəkildə bildirilir. Bir neçə dəfə bədən dəyişmək və ruhun təkrar-təkrar dünyaya gəlməsi anlayışı bu fikrə ziddir.

Eyni şəkildə başqa bir ayədə deyilir:

Nəhayət, onların birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar! Bəlkə mən tərk etdiyim yaxşı əməlləri indi edə bilərəm”. Xeyr! Bu, Onun dediyi sözdür. Onların arxasında isə bir bərzəx (maneə) vardır, yenidən diriləcəkləri günə qədər” (Muminun surəsi, 99-100).


Bu ayə ölüm və yenidən doğulma arasında dönüş imkanı olmadığını, yalnız qiyamət günü ilə gerçək dirilmənin mümkün olduğunu bildirir”.

Müsahibimiz qeyd edib ki, reinkarnasiyanın gerçəkdə simvolik olan mənası isə, insan zehninin bir bilgi və ya hadisəni təcrübə etdiyi zaman tamamilə fərqli bir şüur modelinə keçib gələcək və keçmiş haqqında düşüncələrinin dəyişməsidir:

“Belə bir dəyişkən şüur düşüncələri də dəyişdirəcəyi üçün artıq özünə yeni bir gələcək formalaşdıracaqdır. Çünki insan zehni keçmişə ilişib qalırsa, o, gələcəyi əsasən neqativ, gələcəyə fokuslanan zehin isə, xəyallarına çatdığı anda keçmişini pozitiv olaraq qiymətləndirir. İslam dininin müqəddəs kitabı Quranda da Allah buyurur:

"Sizə misallar gətirdik ki, düşünüb anlayasınız”(Həşr surəsi, 21 və ya Nur surəsi 34 kimi oxunan bu fikir bir çox ayələrdə keçir).


Sizə ruh haqqında biliklərimi tam şəkildə deyə bilmərəm, ancaq istər İbrahimi dinlərdə, istərsə də keçmiş ezoterik biliklərdə “ruh” anlayışı, bədənlər dəyişdirib özünə bədənlər seçməsi qavramı tamamilə ən dərinində başqa mənalar verən simvolik məcazlardır”.

F.Bayramov psixoloji olaraq dəyərləndirdikdə də ortaya çox qəribə bir zehni halın çıxdığını deyib:

“Belə ki, insan zehni zamanı sərhədli bildiyi anda hərəkətə keçməyə daha çox meyllidir. İndi siz gəlin belə düşünün. Öldükdən sonra təkamülünüzü tamamlamanız üçün yeni bədənlərdə, yeni kimliyinizlə təcrübə yaşayacağınızı deyirlər. Bu da sonsuz bir ömür qavramıdır ki, zamanın sərhədləri olmadığı halda, insan zehni də təkamül etməyə tələsməyəcək. Çünki inandığı o düşüncə, inkişaf üçün limitsiz bir həyat olduğunu deyir və bu da onun tərəqqi məsələsini ertələməsinə səbəb olacaqdır. Bu səbəbdən də ömrü limitli bilmək, əxlaqi dəyərlər və proqres aspektindən baxanda daha diqqətli olmağa və hərəkətə keçməyə səbəb olacaqdır.

Və sonda unutmayın ki, bir yalanın çox insan tərəfindən müdafiə olunması o yalanı doğru etməz. Quranda da bu barədə xəbərdarlıq var:


“Əgər yer üzündə olanların çoxuna itaət etsən, səni Allahın yolundan sapdırarlar. Onlar yalnız zənnə uyar və yalan danışırlar” (Ən’am surəsi, 116).

Bir yalanı dəfələrlə təkrarlamaq, onu təkrarlayanların sayının çox olması, insanlarda bu fikri inanca çevirməyə qadirdir. Çünki inanc, təkrarlanan düşüncədən başqa bir şey deyildir”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri