Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üçün həm strateji, həm də iqtisadi baxımdan mühüm üstünlüklər yaradır.
İqtisadçı ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, Orta Dəhliz və “Şimal–Cənub” nəqliyyat dəhlizləri üzrə yüklərin Azərbaycan ərazisindən keçməsi ölkənin qlobal miqyasda strateji və siyasi əhəmiyyətini artırır.
Onun sözlərinə görə, bu marşrutlar vasitəsilə daşınan yüklər Azərbaycanı beynəlxalq logistika zəncirində vacib tərəfdaşa çevirir və yük göndərilən ölkələrlə qarşılıqlı münasibətlərin möhkəmlənməsinə şərait yaradır.
Ekspert qeyd edib ki, iqtisadi aspektdən baxdıqda tranzit yük axınlarının artması iqtisadi artım və məşğulluq üçün müsbət amildir.
“Azərbaycan ərazisindən daha çox yük maşınının keçməsi yeni iş yerlərinin yaranmasına səbəb olur. Tranzit zamanı yük daşıyıcıları vergi ödəmələri edir, ölkə daxilində alış-veriş və müxtəlif xidmətlərdən istifadə edirlər. Bu isə logistika, anbar və xidmət infrastrukturlarının inkişafını stimullaşdırır və bir çox sahələrə müsbət təsir göstərir. Tranzit yüklərin ölkədən keçməsi yerli sahibkarların idxal-ixrac fəaliyyətinə də müsbət təsir edir. Xarici tərəfdaşlar bu marşrutun daha sərfəli, daha qısa və daha ucuz olduğunu gördükdə yüklərini Azərbaycan üzərindən daşımaya üstünlük verirlər. Bu isə bizim sahibkarların da daha ucuz alıb-satma imkanlarını genişləndirir və idxal-ixrac əməliyyatlarının həcmini artırır”, – deyə ekspert əlavə edib.
Xalid Kərimli onu da əlavə edib ki, tranzit daşımalar maliyyə baxımından da dövlət üçün əhəmiyyətlidir: “Belə ki, infrastrukturdan istifadəyə görə ödənişlər dövlət büdcəsinə daxil olur və bu, fiskal gəlirlərin artmasına töhfə verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 24 Dekabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















