Icma.az
close
up
RU
Ölümə tərk edilən şəkər xəstələri... Xaricdə 80 90 manata olan insulin Azərbaycanda 178 manata...

Ölümə tərk edilən şəkər xəstələri... Xaricdə 80 90 manata olan insulin Azərbaycanda 178 manata...

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Şəkərli diabet bədəndə mədəaltı vəzinin kifayət qədər insulin hormonu ifraz etməməsi nəticəsində yaranan xəstəlikdir. İnsulin çatışmazlığı səbəbindən qlukoza enerjiyə dönmür və qanda şəkər yığılır. Bu isə qan şəkərinin yüksəlməsinə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 422 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Bu, planetin ümumi əhalisinin 6,028 faizini təşkil edir. 2040-cı ildə bu sayın artaraq 642 milyon olması gözlənilir. Ölüm səbəbinə görə dünyada şəkərli diabet xəstəliyi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

Azərbaycanda isə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 30 mindən çoxdur. Onların 1044 nəfəri insulindən asılı şəkərli diabet xəstələridir.

Həkim endokrinoloq Mətanət Mirzəyevanın sözlərinə görə, şəkərli diabet xəstələri 2 tipə ayrılır: insulindən asılı olan I tip və insulindən asılı olmayan II tip insanlar. Birinci tip diabetdə hər hansı səbəbdən mədəaltı vəzinin insulin ifraz edən hüceyrələri məhv olur:

"Başqa sözlə desək, mədəaltı vəzi (pankreas) ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. Birinci tip diabetin əlamətləri kəskin başlayır. Bu tip xəstələrdə xəstəliyin başlanğıcından etibarən mütləq insulin müalicəsi aparılmalıdır. Diabetli xəstələr qan şəkərinin normada qalması üçün insulin inyeksiyalarından istifadə edirlər. Şəkərli diabetin müalicəsində insulin heç nə ilə müqayisə edilə bilməyən əvəzsiz hormonal dərman preparatıdır. İnsulini optimal dozada tətbiq etdikdə o, karbohidrat, zülal, yağ, su-duz mübadiləsini və mübadilənin digər növlərini qısa bir zamanda nizama salır, diabetik komanın və ürək-damar fəsadlarının müəyyən qədər qarşısını alır. Belə ki, insulin tətbiq olunana qədər xəstələr diabet başlayandan sonra 3-5 il ərzində diabetik komadan dünyasını dəyişirdi. Lakin insulin tətbiq ediləndən sonra diabetik komadan ölənlərin sayı 1-2 faiz təşkil edir”.

Azərbaycanda diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Lakin zaman-zaman şəkərli diabet xəstələrinin insulin və dərman preparatları ilə təminatında ciddi problemlər yaranır. Belə ki, bu xəstəlikdən əziyyət çəkən insanlar saatlarla, bəzən isə günlərlə xəstəxana və apteklərdə dərman növbəsinə dayanırlar. Əslində qanunvericiliyə görə, belə xəstələrə dərmanları pulsuz verilməlidir. Lakin çox vaxt poliklinikalardan onları nə tam miqdarda, nə də vaxtında almaq olmur. Xüsusən də

uzun müddət təsir göstərən hipoqlikemik insulin - Tresiba FleksPenlə bağlı vəziyyət daha mürəkkəbdir. İnsulin asılılığı olan insanlar bu preparatı öz hesabına alırlar.

Əsas problem də elə buradan başlayır. Belə ki, Azərbaycanda şəkər xəstələri üçün həyatı vacib sayılan bu preparat digər ölkələrlə müqayisədə olduqca yüksək qiymətə satılır. Bu fərq az qala 2 dəfəyə çatır. Belə ki,



Tresiba FleksPenin Rusiyada 4306 rubla (85 manat), Ukraynada 2247 qrivnaya (92 manat), Türkiyədə 1935 lirəyə (90 manat) satılır. Azərbaycanda isə Tresiba FleksPenin qiyməti 178 manatdır. Preparatın ikiqat baha olması maddi imkanı aşağı olan insanları çətinliyə salır. Aylıq məvacibi 500 manat olan şəkər xəstəsinin maaşının üçdə birini dərmana verməsi onun ay boyunca maddi sıxıntı çəkməsinə səbəb olur. Bu preparatı almağa imkanı olmayanların isə səhhəti daha da pisləşir.

Professor, tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, Azərbaycan dərmanla bağlı idxaldan asılı olan ölkədir:

"Bizim dərman sənayemiz məhdud həcmdədir. Azərbaycana dərman preparatları əsasən Ukrayna, Belarus və Rusiyadan idxal olunurdu. Rusiya ilə Ukrayna arasında gedən müharibə və infrastrukturun xeyli zərər çəkməsi müəyyən dərmanların yoxa çıxmasına gətirib çıxardıb. Bu, problemin obyektiv səbəbidir. Subyektiv səbəblərə gəlincə, deyə bilərəm ki, dərman idxalı ilə məşğul olan strukturlar vəziyyəti vaxtında dəyərləndirməyib və lazımı tədbirlər görməyiblər. Məsuliyyət onların üzərindədir. Yaxşı olar ki, əhali üçün əlçatan dərmanların idxalı Türkiyədən həyata keçirilsin. Çünki Türkiyədən gələn dərmanlar kifayət qədər keyfiyyətli, qiymətləri də bizə müvafiqdir”.

İqtisadçı ekspert Rəşad Həsənovun qeyd edib ki, ölkədə dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir:

"Azərbaycanın bütün apteklərində dərmanlar eyni qiymətə satılır. Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimum 40 faiz, 100 manata başa gələn dərman isə 14 faiz baha satıla bilər. Azərbaycan özü dərman istehsal etmir. Daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da dərmanların istehlakçılara çatırılmasında əlavə xərclər yaradır. Nəqliyyat xərcləri kifayət qədər bahalıdır. Bu xərclər Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. İndiki şərtlər daxilində yeganə tutarlı əsaslandırma, dərman təchizatı bazarında daha çox şirkətlərin iştırakının təmin olunmasıdır. Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə səbəb olur. Hesab edirəm ki, bazarda 99,6 faizlik asılılıq varsa, vergi güzəştləri tətbiq olunmalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır:

“Ölkədə zəruri dərmanları tapmaq çətindir. Həmin dərmanları xəstəlik dövründə tapmamaq vəziyyəti daha da çətinləşdirir. Qonşu ölkələrlə müqayisədə dərmanların qiyməti qat-qat bahadır. Bu problemi özəl şirkətlərdən soruşduqda, “siz bizim dərdimizi başa düşmürsünüz” deyirlər. Onu da qeyd edək ki, əvvəllər əksər insanlar xaricdən gələn dost-tanışı, qohumundan xahiş edirdi ki, ona lazım olan dərmanları alıb gətirsin”.

Ekspertin fikrincə, dərmanların baha satılmasının bir neçə səbəbi var: “Əslində hazırda apteklərdə olan qiymətlər Tarif Şurası tərəfindən tənzimlənmiş qiymətlərdir. Lakin tənzimlənmə dərman preparatlarının molekullarına və istehsal ölkələrinə görədir. Burada da başqa problem yaşanır: molekullar elan olunur, istehsal ölkələri üzrə tariflər müəyyənləşdirilir. Bu da həmin dərmanların ən ucuz və ən keyfiyyətsizinin ölkəyə gətirilməsinə rəvac verir. Ona görə də mən Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsini doğru saymıram. Bu, əks-effekt yaradır. Yəni xaricdən keyfiyyətsiz dərmanlar ucuz qiymətə gətirilirək burada baha qiymətə satılır. İkinci səbəb isə gömrük rüsumlarıdır. Ölkə daxilində istehsalı olmasa da, bizdə dərmanlara da gömrük rüsumu tətbiq edilir. 15 faizlik gömrük rüsumu, 18 faizlik ƏDV var. Biz isə idxaldan asılı olan ölkəyik, demək olar ki, dərman preparatlarının 94 faizini xarici ölkələrdən gətiririk. Bu, ciddi problemdir. Əgər dərmanlar xaricdən gətirilirsə, bu qədər yüksək gömrük rüsumu və ƏDV olmamalıdır”.

İqtisadçının sözlərinə görə, bazarda rəqabətin olmaması böyük şirkətlərin istədiyi qiyməti təyin etməsinə imkan verir:

“Onlar qiymətləri diqtə edirlər. Kiçik şirkətlərin bir çoxu sıradan çıxarılıb. Bu da rəqabətsizlik mühitinin daha da genişlənməsinə səbəb olub. Çıxış yolu rəqabət mühitinin artırılmasıdır. Bu qiymətlərin tənzimlənməsində mühüm rol oynayan amilə çevrilə bilər. Bundan başqa rüsum və vergilərə yenidən baxılmalıdır. Dərman preparatlarının cüzi vergi və rüsumla, bəzi hallarda isə ümumiyyətlə, müvəqqəti də olsa, rüsum və vergisiz ölkəyə gətirilməsi qiymətlərin artımının qarşısını ala biləcək əsas amilə çevrilə bilər”.

N.Cəfərli bildirib ki, qanunla ölkəyə gətirilən dərman preparatlarının 14-40 faizdən baha satılması yolverilməz olsa da, monopolist şirkətlər buna da çarə tapıblar:

"Azərbaycana dərman idxal edən şirkətlər onu birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər. İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək, ölkəmizə idxal edirlər. Faktiki olaraq qanunvericilik də buna imkan verir. Burada hər hansı qanun pozuntusu olmadığından, şirkətlər bu yolla daha çox qazanc əldə edirlər. Ona görə də dərman şirkətlərini buna vadar edən səbəbləri aradan qaldırmaq lazımdır".


Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Mart 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri