Oman nümayəndə heyəti “ASAN xidmət”də
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oman Sultanlığının Kiçik və Orta Bizneslərin İnkişafı İdarəsinin sədri Halima Bint Rəşid Al Zarinin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.
Sonra "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş təqdimat edib.
Səfər çərçivəsində nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Ruhiyyə Mehdiyeva
Baxış sayı:54
Bu xəbər 24 Sentyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















