Icma.az
close
up
RU
Omanın Kral Opera Teatrında 1001 gecə baleti oynanılıb

Omanın Kral Opera Teatrında 1001 gecə baleti oynanılıb

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Omanın Kral Opera Teatrında “1001 gecə” baleti oynanılıb

6-7 fevralda ilk dəfə olaraq Omanın Maskat Kral Opera Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti böyük uğurla ifa olunub.  

AzPost bildirir ki, tanınmış xoreoqraf Eldar Əliyevin quruluşunda gedən tamaşalarda Mariinski Teatrının simfonik orkestri , xoru və Mariinski teatrının Primorski səhnəsinin balet artistləri iştirak edib.

Simfonik orkestr  Azərbaycan Respublikasının əməkdar artisti, Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi altında çıxış edib. Maskat Kral Opera Teatrında tamaşalar zamanı Azərbaycan milli aləti olan tar Ramin Əzimov və Nadejda Medvedeva tərəfindən böyük məharətlə təqdim olunub. Soprano solosu isə Mariinski teatrın solistləri Samirə Qalimova və Anastasiya Kikotin ifasında böyük marağa səbəb olub.

Anşlaqla keçən tamaşa bitdikdən sonra dinləyicilər sırasında olan Azərbaycan Respublikasının Omanda Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov, Kral Opera Teatrının direktoru Umberto Fanni, məşhur teatr prodüseri Roberto Javinardi səhnə arxasına gələrək ifaçıları – balet artistlərini və azərbaycanlı dirijor Əyyub Quliyevi səmimi təbrik edərək öz təəssüratlarını bölüşüb.

Qeyd etmək lazımdır ki, xoreoqraf Eldar Əliyevin quruluş verdiyi balet 2025-ci ilin ilk günlərində 300 tamaşa sırasında “Teatr Qızıl Fondu” siyahısına daxil edilib. Müxtəlif illərdə “1001 gecə” baleti Rusiyanın Bolşoy Teatrı, Mariinski Teatrı (2020-2024), Kazan Milli Opera Teatrı (2021), Qətər Milli Konqres Mərkəzi (2023), Sofiya Milli Opera Teatrı (2022), Çində Pekin Milli İfaçılıq Mərkəzində (2024) möhtəşəm uğura imza atıb.

“TikTok”da izləyin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri