Icma.az
close
up
RU
Ombudsman: Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün böyük əhəmiyyət daşıyır

Ombudsman: Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün böyük əhəmiyyət daşıyır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ankarada keçirilən Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S.Əliyeva tədbirdə çıxış edərək insan hüquqları ilə bağlı mübahisələrdə tərəflər arasında qarşılıqlı hörmət və güzəşt mühitinin yaradılmasında mediasiya prosesinin əhəmiyyətini qeyd edib. O, bunun tərəflər arasında birbaşa dialoq və anlaşma əsasında razılığın əldə edilməsinə şərait yaratmaqla yanaşı, cəmiyyətdə sülhün və ədalətin bərqərar olmasında mühüm rol oynadığını vurğulayıb.

Ombudsman Aparatına ünvanlanmış müraciətlərdə mediasiya prosesindən fəal istifadə edildiyini bildirən müvəkkil bu prosesdə tərəflər arasında birbaşa dialoqun təmin edilməsinə və barışığın təşviqinə önəm verildiyini diqqətə çatdırıb. O, pozulmuş insan hüquqlarının bərpası istiqamətində hüquqi çərçivədə aparılan işlərlə yanaşı, dövlət orqanlarının mənəvi dəyərləri təbliğ edərək cəmiyyətdə yarana biləcək problemlərə qarşı daim əlaqəli xidmət göstərməsinin və qabaqlayıcı tədbirləri sistemli şəkildə həyata keçirməsinin əhəmiyyətindən danışıb.

S.Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, mediasiya prosesi ilə bağlı şikayətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində birgə səmərəli fəaliyyətin həyata keçirildiyini deyib.

Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclası çərçivəsində, həmçinin “Qarabağ gecəsi” adlı tədbirdə çıxış edib.

Müvəkkil çıxışında Vətən müharibəsi zamanı əldə olunmuş Zəfərin Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını, dünyada sülhün və əmin-amanlığın, regionda isə yeni əlaqələrin formalaşmasının vacibliyini bildirərək, hazırda keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışının təmin olunduğunu, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.

Səbinə Əliyeva Türkiyənin Baş ombudsmanının və İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin işğaldan azad edilmiş torpaqlarda aparılan faktaraşdırıcı missiyalarda fəal iştiraklarını, bu ölkənin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini məmnunluqla xatırladıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri