Icma.az
close
up
RU
Ombudsman jurnalist yazı və uşaq rəsm müsabiqələri elan etdi

Ombudsman jurnalist yazı və uşaq rəsm müsabiqələri elan etdi

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı və Uşaq rəsm müsabiqələrini elan edib.

Oxu.Az xəbər verir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çərçivəsində cari ildə hər iki müsabiqə "İqlim dəyişikliyi və insan hüquqları" mövzusuna həsr olunub.

Jurnalist yazı müsabiqəsinin tələbləri:

• Müsabiqəyə ünvanlanmış müəllif yazıları ölkəmizdə çıxan hər hansı bir qəzet və ya saytda dərc olunmalıdır;

• Anket doldurulmalıdır (müəllif haqqında qısa məlumat, əlaqə telefonları);

• Müəllifin bir ədəd 4x5 ölçüdə fotoşəkli əlavə edilməlidir.

Uşaq rəsm müsabiqəsinin tələbləri:

• Müsabiqədə 6-18 yaş arası uşaqlar iştirak edə bilərlər;

• Rəsmlər A3 formatda işlənməlidir;

• Anket doldurulmalıdır (iştirakçı uşaq haqqında qısa məlumat, əlaqə telefonları);

• İştirakçının bir ədəd 4x5 ölçüdə fotoşəkli (rəsmlə birlikdə) təqdim edilməlidir;

• Rəsm əsəri müsabiqənin mövzusuna uyğun olmalıdır;

• Rəsm mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır (və digər rəsm müsabiqələrinə təqdim edilməmiş olmalıdır).

Qeyd: Müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır. Digər iştirakçılar rəsmləri müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər.

Müsabiqə üçün həm jurnalist yazıları, həm da uşaq rəsmləri 1 dekabr 2024-cü il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, Il qapı) təqdim edilməlidir.

Əlaqə telefonları:

Jurnalist yazıları: (012) 493 94 68

Uşaq rəsmləri: (012) 493 74 22 (ümumi şöbə)

ANKET FORMASI (Jurnalist yazıları üçün)

ANKET FORMASI (Uşaq rəsmləri üçün)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see212

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see168

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see166

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see141

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see139

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see129

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see125

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see122

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri