Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik iclasında iştirak edib
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin və ekspertlərin də iştirak etdiyi tədbirdə Ombudsman çıxış edib, gündəliyə daxil olan məsələlər müzakirə olunub.
Müvəkkil illik iclas çərçivəsində “Qadın və qızların hüquqları: MİHT-lərin rolu” mövzusunda keçirilmiş tematik sessiyada da çıxış edərək, müvafiq sahədə həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.
Ombudsman qadın hüquqlarının daha səmərəli müdafiəsi, zorakılıq qurbanları üçün dəstək xidmətlərinin və qadınlar üçün iqtisadi və sosial imkanların genişləndirilməsi istiqamətində fəaliyyətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Gender bərabərliyinin təşviq edilməsi və qadınların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan Səbinə Əliyeva təsisat tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində çoxsaylı təşəbbüslərin irəli sürüldüyünü bildirib.
Müvəkkil qadın hüquqlarının pozulması, eləcə də məişət zorakılığı, erkən nikah və gender əsaslı zorakılıq halları ilə bağlı şikayətlərin, habelə sosial mediada yayılmış məlumatların operativ şəkildə araşdırıldığını, zərərçəkmişlərə psixoloji və hüquqi dəstəyin göstərildiyini və aidiyyəti qurumlarla bu sahədə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Ombudsman, həmçinin səfər zamanı GANHRI-nin illik iclası çərçivəsində “Milli insan hüquqları təsisatları və əlilliyi olan şəxslər” mövzusunda keçirilmiş tematik sessiyada da iştirak edib, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının və Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin rəsmiləri ilə görüşlər keçirib, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadilələri aparıb.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu
18 Dekabr 2025 10:26
Ombudsman beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib
14 Noyabr 2024 18:42
Ombudsman insan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının hazırlanmasını təklif edib
03 Mart 2025 10:21
Ombudsman Cenevrədə BMT nin Biznes və İnsan Hüquqları Forumunda iştirak edib
27 Noyabr 2025 11:10
Baxış sayı:127
Bu xəbər 12 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları