Omega 3 çatışmazlığına qarşı effektiv həll
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Müasir həyat tərzində düzgün qidalanmaq çətinləşdiyi üçün vitamin və mineral əlavələrə ehtiyac artır. Bu əlavələr arasında ən çox tanınanlardan biri omega 3 və balıq yağıdır.
Pravda.az bildirir ki, araşdırmalar görə, omega 3 və balıq yağı xüsusilə ürək sağlamlığına müsbət təsir göstərir. DHA və EPA tərkibli yağ turşuları beyin funksiyalarını gücləndirir, yaddaşı qoruyur və iltihabları azaldır. Həmçinin, dərinin və oynaqların sağlamlığını dəstəkləyir.
Orqanizm bu yağ turşularını özü istehsal edə bilmədiyindən, qida və ya əlavələrlə qəbul olunması vacibdir. Balıq yeməyənlər və ya ürək xəstəliyi riski daşıyanlar üçün bu əlavələr tövsiyə olunur. Eyni zamanda, depressiya və səbəbsiz narahatlıq kimi psixoloji problemlərdə də faydalı təsirləri sübut olunub.
Yan təsirlər adətən yüngül olur – baş ağrısı, ürəkbulanma və ya ishal kimi. Ancaq qan durulducu dərman istifadə edənlər və balığa allergiyası olanlar ehtiyatlı olmalıdır. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Əminə Bayramova

