Icma.az
close
up
RU
Omeqa 3ün gizli təhlükəsi

Omeqa 3ün gizli təhlükəsi

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Omeqa-3" yağ turşuları bəzi hallarda iltihab markerlərinin səviyyəsini artıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bristol Universitetinin alimləri müəyyən ediblər. 

Tədqiqatçılar bildiriblər ki, “Omeqa-3" yağ turşularının antiinflamatuar təsirlərə malik olduğu geniş yayılmış fikir olsa da, onların məlumatları bu təsirin düşündüyümüz qədər birmənalı olmadığını göstərir.

Araşdırma 1991-92-ci illərdə İngiltərənin keçmiş Avon qraflığında anadan olmuş şəxslərin iştirak etdiyi, 30 illik “Avon Longitudinal Study of Parents and Children” adlı kohort tədqiqatının məlumatlarına əsaslanıb. Eyni zamanda iştirakçıların ataları, bacıları və övladlarının sağlamlıq göstəriciləri də təhlil edilib.

Nəticələrə əsasən, iştirakçıların qanında "omeqa-3" səviyyəsi artdıqca, bəzi iltihab biomarkerlərinin səviyyəsində də artım müşahidə olunub.

Alimlərin sözlərinə görə, xüsusilə "omeqa-6" və "omeqa-3" yağ turşuları arasındakı nisbət önəmlidir. Qeyd olunub ki, "omeqa-6" üstünlük təşkil etdikdə, iltihab riski artır.

Bu nəticələr Böyük Britaniyanın Biobank məlumatları ilə də təsdiqlənib.

Bununla belə, alimlər vurğulayıblar ki, iltihab çox mürəkkəb bioloji prosesdir və bu araşdırma "omeqa-3"lərin digər potensial faydalarını istisna etmir.

“Biz "omeqa-3"lərin zərərli olduğunu demirik. Sadəcə olaraq, hər bir qidanın təsiri onun konteksti, dozası və fərdin bioloji xüsusiyyətlərindən asılıdır”, – deyə tədqiqatçılar qeyd ediblər.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri