Icma.az
close
up
RU
Ömrü qısaldan dörd əsas AMİL

Ömrü qısaldan dörd əsas AMİL

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araşdırmalar göstərir ki, məhz bu amillər insan ömrünün qısalmasına daha çox təsir edir. Tədqiqatçılar gündəlik həyatda rast gəlinən dörd vərdiş və faktoru müəyyən ediblər ki, bunlar insan ömrünü ciddi şəkildə azalda bilər.

Lent.az bu amilləri sizə təqdim edir:

Siqaret çəkmək

Finlandiyada aparılan ən böyük tədqiqatlardan biri göstərib ki, siqaret çəkmək insan ömrünə ciddi təsir göstərir. Express qəzetinin yazdığına görə, 1987–2007-ci illər arasında 25–74 yaş arası kişi və qadınları əhatə edən tədqiqatda müəyyən olunub ki, 30 yaşlı kişi üçün siqaret çəkmək ömrü orta hesabla 6,6 il, qadın üçün isə 5,5 il azaldır.

Stress

Uzunmüddətli və intensiv stress də insan ömrünü ciddi şəkildə azaldır. Kişilərdə xroniki stress ömrü 2,8 il, qadınlarda isə 2,3 il azaldır. Araşdırmalar göstərib ki, müntəzəm stress orqanizmdə iltihabi proseslərə səbəb olur, bu isə ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər riskini artırır və beyin həcminin azalmasına gətirib çıxara bilər. Bir araşdırmada göstərilib ki, 50 yaşına qədər davamlı stress yaşayan insanlarda yaddaş zəifləyir və beyin həcmi azalır.

Aşağı fiziki aktivlik

Hərəkətsizlik də insan ömrünün qısalmasına səbəb olan amillərdən biridir. 30 yaşlı kişidə fiziki aktivliyin azlığı ömrü 2,4 il azaldır. Əksinə, aktiv həyat tərzi ölüm riskini 22% azaldır. Fiziki aktivlik bədən çəkisinin azalmasına, ürək-damar sisteminin işinin yaxşılaşmasına və xolesterin səviyyəsinin normallaşmasına kömək edir, bu da erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

İkinci tip şəkərli diabet

İkinci tip diabet də həyatı qısaldan ciddi amillərdən biridir. Araşdırmalar göstərib ki, bu xəstəlik kişilərdən və qadınlardan müvafiq olaraq 6,5 və 5,3 il ömür alır. Bu xəstəlik ürək-damar xəstəlikləri, insult və digər xroniki xəstəliklərin riskini artırır. İkinci tip diabetin əsas səbəbləri - hərəkətsizlik, piylənmə və düzgün qidalanmamaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri