Icma.az
close
up
RU
Ömrü uzadan, ürəyi qoruyan mineral. MƏNBƏLƏR

Ömrü uzadan, ürəyi qoruyan mineral. MƏNBƏLƏR

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orqanizmin normal fəaliyyəti üçün ona vitaminlərdən əlavə bir çox minerallar da lazımdır. Həkimlər insan orqanizmini Mendeleyev cədvəlinə bənzədir.

Həqiqədən orada yer alan maddələrin, demək olar əksəriyyəti bizim orqanizmdə də var. Mikroskopik miqdarda orqanizmdə olan bu maddələr insan sağlamlığında olduqca böyük rol oynayır. Belə ki, qalxanvari vəzinin normal fəaliyyəti üçün yod, sümüklərin möhkəmliyi üçün kalsium və fosfor, ürəyin sağlamlığı üçün kalium və maqnezium, qanın normal tərkibi üçün dəmir, kişi sağlamlığı üçün sink lazımdır və s.

Maqnezium orqanizmin normal fəaliyyəti və sağlamlığı üçün ən vacib olan minerallardan biridir.

Eksperimentlər göstərib ki, maqneziumla zəngin olan pəhriz siçanların ömrünü xeyli uzatmağa kömək edir.

Maqnezium sinin sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. Həkimlər depressiyaları, nevroloji pozulmaları məhz maqneziumun defisiti ilə əlaqələndirir. Maqnezium çatışmamazlığı əsəbilik, yorğunluq, yuxu pozulmaları, baş ağrıları kimi simptomlarla özünü büruzə verir.

Maqnezium ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Maqneziumun çatışmamazlığı zamanı ürəyin ritminin pozulması (aritmiya), nəbzin tezləşməsi kimi simptomlar meydana çıxır. İnsan hiss edir ki, ürəyi  gah tez-tez, gah da asta-asta vurur, az qala dayanır.

Maqneziumun çatışmamazlığı sümüklərə də mənfi təsir edir. Məsələ burasındadır ki, maqnezium sümüklərin elastikliyini təmin edir və orqanizmdə kalsiumun saxlanılmasına kömək edir. Maqneziumun çatışmamazlığı osteoparozun inkişafına səbəb ola bilər.

Maqneziumun çatışmamazlığı dərimizin və saçlarımızın vəziyyətinə də çox mənfi təsir edir.

Maqnezium bağırsaqların normal fəaliyyəti üçün də çox vacibdir. Bu mineralın çatışmamazlığı qəbizliyə səbəb ola bilər.

Hamiləlik zamanı bu mineralın çatışmamazlığı uşaqda üz sümüklərinin qüsurlarına səbəb ola bilər.

Maqneziumun mənbələri arasında:

- balıq

- dəniz yosunları

- buğda kəpəyi

- balqabaq tumu

- küncüt

- badam, qoz, araxis

- göyərti (ispanaq, göy soğan, rukkola, kahı)

- brokkoli kələmi

- lobya, noxud

- xurma

- banan

- giləmeyvələr

- tünd şokolad

Nəzərə almaq lazımdır ki, müxtəlif qidalara (limonad, konfet və s.) daxil olunan qidalı boyaq maddələri orqanizmdə maqneziumun defisitini artırır. Həmçinin xroniki stress zamanı da orqanizmdə bu mineralın miqdarı azalır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri