Icma.az
close
up
RU
On bir ayın sultanı Ramazan ayına necə hazırlaşmalıyıq?

On bir ayın sultanı Ramazan ayına necə hazırlaşmalıyıq?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dinimiz tərəfindən uca və müqəddəs sayılan Ramazan ayının başlamasına artıq sayılı günlər qalıb. Ramazan ayının ilk günündən etibarən müsəlmanlar 5 vacib əməlindən biri olan orucu tutmağa başlayacaqlar. Oruc tutmaq bütün müsəlmanlar üçün vacib buyurulsa da, bəzi şəxslər istisna ola bilir. Bu istisnaya hamilə qadınlar, qocalar, körpələr, xəstə insanlar, səfərdə olanlar daxildir. Lakin bir neçə gün oruc tutduqdan sonra özünü pis hiss edən insanlar da olur ki, onlar ay sonuna qədər bu ibadətini yerinə yetirməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün insan orqanizminin oruc tutmağa hazır olub-olmadığını bilmək vacibdir. Bəs Ramazan ayına necə hazırlaşmalıyıq?

Lent.az mövzu ilə bağlı kiçik bir araşdırma aparıb.

Uzun müddət ac və susuz qalacaq bədənin öncədən oruca hazır olması üçün bəzi hazırlıqlar aparılmalıdır.

Ramazan ayı sağlamlıq baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir. Bədənin özünü yeniləməsi üçün ideal olan bu zaman müddətindən öncə orqanizmin bu yeniliyə hazır olması vacibdir. Mütəxəssislər, xüsusilə, sağlam qidalanmayan və immun sistemi zəif olan insanların orucdan əvvəl orqanizmlərinin uzunmüddətli aclığa və susuzluğa qarşı müqavimətini artırmalarını tövsiyə edir. Bunun üçün orqanizmin əvvəldən enerji depolaması lazımdır. Bu məqamda alma suyuna güvənmək olar. Alma suyunu Ramazan ayı boyunca da içmək faydalıdır. İftardan iki saat sonra alma suyundan qəbul etməklə bu sağlam prosesi davam etdirmiş olarsınız.

Alma suyu içməli

Ramazandan öncə başlamaq şərtilə, gündə bir fincan alma suyu içməklə bədəni toksinlərdən idrar yolu ilə təmizləyə bilərsiniz. Bunun sayəsində orqanizmin immun sistemi güclənər və xəstəliklərə qarşı daha dözümlü olar.

Güclü bir anti-oksidant olduğundan xolestrol səviyyəsini aşağı salır. Bədəni ehtiyacı olan kaliumla təmin edərək ürək və damar xəstəlikləri riskini azaldır.

Qidalardan alınan yağ və toksinlər qara ciyər vasitəsilə bədəndən atılır. Lakin qaraciyərin deformasiyası bu funksiyanı itirməsinə və yağla toksinlərin bədəndə yığılıb qalmasına səbəb olur. Alma suyu bu prosesin qarşısını alır və qaraciyərin sağlam qalmasına yardımçı olur.

Uzunmüddətli aclıq və susuzluq, sağlam qidalanmamaq sümüklərin zəifləməsinə gətirib çıxarır. Bu da insanın tez yorulmasına və əzələ ağrılarına səbəb olur. Lakin alma suyunda olan C vitamini və dəmir bu vəziyyətin qarşısını alır.

Ramazan ayında ən çox rast gəlinən problemlərdən biri də həzm sistemi problemləridir. Almanın tərkibində olan solvent turşusu sayəsində bağırsaqların florası balanslaşır. Qəbzlik və ishal kimi narahatlıqlar aradan qalxır.

Bununla yanaşı

Ramazan başlamadan öncə vücudun su səviyyəsini artırmaq üçün bol-bol su içilməlidir. Su içə bilməyənlər bu ehtiyacı qarpız, yemiş kimi su tərkibi yüksək olan meyvələrlə də qarşılaya bilər.

Ramazana girmədən əvvəl hər yeməkdə qidanın miqdarını azaltmaq mədənin sağlam qalması üçün faydalıdır. Beləliklə, mədənin oruc saatlarında aclıq hissetmə səviyyəsi aşağı düşər.

Duz bədənin su depolamaq səviyyəsinə mənfi təsir göstərir. Bu səbəbdən duzun miqdarını azaltmaq tövsiyə olunur. Beləliklə, daha az susaya bilərsiniz.

İndi isə sizə yalnız orqanizminizi deyil, eyni zamanda ruhunuzu bu müqəddəs aya hazırlamağınız üçün bəzi məsləhətlər təqdim edəcəyik:

Ramazan ayına öncədən hazırlaş

Rəvayət olunur ki, keçmiş nəsillərdən olan bəzi möminlər Ramazan ayına qədər yaşama imkanına malik olmaq üşün 6 ay əvvəlcədən başlayaraq Allaha dua edir, yalvarırdılar...

Ramazan ayı üçün plan tut

Ramazan ayında biz ilin yerdə qalan hissəsini imanla, saleh əməl etməklə, yetərli qaydada keçirmək üçün "enerji" toplayır, habelə, ruhumuza müdaxilə edən hər cür nəfsani istəklər, şəhvət və günahlara qarşı mətanətimizi möhkəmləndiririk.

Bu ayda tutacağın oruc haqqında zəruri məlumatları əldə et

Ramazan ayında oruc tutmaq - Rəbbimiz üçün edilən ən önəmli ibadətlərdən biridir. Biliklər əsasında edilən ibadət, şübhəsiz, Allahın rizasına və mükafatlarınızın dəfələrlə artmasına səbəb olacaq.

 Özünü fiziki və mənəvi olaraq hazırla

"Əgət insan yalan danışmağı və yalan üzrə əməl etməyi tərk etməyəcəksə, onun yeməkdən və içməkdən imtina etməsi Allaha lazım deyil."

Ötən Ramazandan qalan oruclarını tamamla

"... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz." "Bəqərə" surəsi 185

Qeyd edək ki, bu il Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Ramazan ayı martın 1-də başlayacaq. Fevralın 28-də yeni ayın Azərbaycan səmasında görünəcəyi proqnozlaşdırılır.

Bu müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşəcək.

Rəsmi təqvimə görə, Ramazan bayramı Azərbaycanda martın 30-u və 31-də qeyd olunacaq.

Sevgili Peyğəmbərimizin sözləri ilə; Ramazan əvvəlində rəhmət, ortada bağışlanma, sonunda isə cəhənnəm odundan qurtuluş ayıdır. Hər birinizə bu ayı sağlıqlı başa vurmağı arzulayırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri