Valideyn ölür, kredit borcu qalır: Övladlar ödəməyə məcburdurmu?
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Valideyn vəfat etdikdən sonra övladları bəzən onun sağlığında götürdüyü kredit borcu ilə üzləşirlər. Bəzi hallarda banklar mərhumun övladlarından borcun ödənilməsini tələb edir. Bu isə ailələrdə haqlı suallar yaradır: Valideynin kredit borcu övladın üzərinə qala bilərmi? Mərhumdan heç bir miras əmlak qalmayıbsa, övlad yenə də həmin borcu ödəməlidirmi?
Vəkil Babək Həmidov “Yeni Sabah”a açıqlamasında bildirib ki, insan vəfat etdikdə ondan qalan əmlakla yanaşı, borcları da miras sayılır. Ancaq bu borcları yalnız mərhumun mirasını qəbul edən şəxslər ödəməlidir:
“Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, şəxs vəfat etdikdən sonra onun miras əmlakı ilə yanaşı, borc öhdəlikləri də qala bilər. Yəni mirasa həm aktivlər, həm də passivlər – kreditor borcları daxildir. İnternet mağaza
Lakin həmin borcların ödənilməsi mirası qəbul etmiş vərəsələrdən tələb oluna bilər. Belə ki, vərəsə miras əmlakı faktiki və ya hüquqi qaydada qəbul etdikdə, bununla yanaşı, mərhumun borc öhdəliklərinə görə də məsuliyyət daşıyır.
Başqa sözlə, miras əmlakı kimin mülkiyyətinə keçirsə, həmin şəxs də qəbul etdiyi mirasın dəyəri həddində mərhumun borclarına görə məsuliyyət daşıyır.
Əgər mərhumdan miras əmlak qalmayıbsa və vərəsələrin mülkiyyətinə hər hansı əmlak keçməyibsə, həmin borcların vərəsələrdən tələb edilməsi üçün hüquqi əsas yaranmır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















