Icma.az
close
up
RU
On dörd son deyil: Azərbaycan Suriyaya dəstəklə enerji xəritəsində yeni marşrutlar cızır

On dörd son deyil: Azərbaycan Suriyaya dəstəklə enerji xəritəsində yeni marşrutlar cızır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Avqustun 2-si tək Suriya üçün deyil, Azərbaycan üçün də əlamətdar gündür. Bu gündən Türkiyənin Kilis şəhərindən Hələbə qədər uzanan kəmərlə nəql ediləcək Azərbaycan qazı vasitəsilə "Odlar yurdu"nun işığı minlərlə suriyalı ailənin həyatını nura boyayacaq. Azərbaycan isə qlobal enerji xəritəsində növbəti stansiyasını nişanlayaraq, punktirlə gələcək dayanacaqlaradək marşrutları təyin edir.

Dəməşq-Ankara-Bakı

Onillərlə qan çanağında boğulan Suriya ötən ilin dekabrında Bəşəd Əsəd rejiminin devrilməsi ilə nəfəsini dərdi. Terrorçu qrupların fəaliyyəti, müharibələr, yanlış xarici siyasət ölkəni təcrid, aclıq, yoxsulluq həddinə gətirdiyindən yeni hökumətin qarşısında duran əsas vəzifələr sırasında dağılmış infrastrukturun, qopmuş xarici əlaqələrin bərpası, iqtisadiyyatın, sosial durumun dirçəldilməsi prioritetdir.

Yaxın Şərqdə "sabitlik" anlayışı az qala qızıl qiymətindədir. Əsrlərlə qeyri-stabil bölgədə təbii resurslar uğrunda müharibələr hökumətlərin süqutu və yenilərinin yaranması ilə nəticələnib. Belə bir geosiyasi reallıqda Suriyanın yeni hökumətinin kömək üçün müraciət edəcəyi ilk ölkə isə son illərdə Yaxın Şərqdə və Afrikada nüfuzunu artıran Türkiyə oldu. Sosial və iqtisadi cəhətdən qonşusuna dəstəyini əsirgəməyən Ankaranın xətti ilə Dəməşq Türkiyənin canbir qardaşı Azərbaycanla da çoxdan qırılmış əlaqələrin bərpasına nail oldu.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa aprelin 11-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü. Bundan sonra Bakı Ankara ilə birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan etdi və öz dəstəyini əsirgəmədi. Mayın 4-də isə Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə oldu. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyırdı.

İyulun 12-də Bakıda İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaara ilə geniş tərkibdə görüşü oldu. Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi müzakirə edildi və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunuldu, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.

Razılaşmaların nəticəsi olaraq iyulun 30-da Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Suriyaya təbii qaz ixracında Türkiyənin Azərbaycan və Qətərlə əməkdaşlıq edəcəyini açıqladı.

Bakı-Kilis-Hələb

Beləliklə, artıq bu gündən etibarən Kilisi Hələblə birləşdirən qaz xətti Azərbaycanın mavi yanacağı ilə dolaraq Suriyanın iqtisadiyyatına töhfə verəcək.

Gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik Kilis-Hələb qaz xəttinin təmiri bu il mayın 21-də başa çatıb. Xəttin ötürmə qabiliyyəti ildə iki milyard kubmetrə çata bilər.

Tədarük Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq və təxminən 1200 meqavat elektrikə çevriləcək. Beləliklə, hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Suriyada gündə cəmi üç-dörd saatla məhdudlaşan elektrik təchizatı bu dəstəklə 10 saata qədər artacaq.

Azərbaycan-Yaxın Şərq-Afrika

Azərbaycan-Suriya əlaqələri, eyni zamanda, Bakının Yaxın Şərq siyasətinin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, artıq Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır.

Azərbaycan bu günə kimi 13 ölkəyə qaz ixrac edir. Bunlar arasında əsas yeri Avropa ölkələri tutur. Azərbaycan qazı üçün dünyada rəqabət artır, onun diversifikasiyası üçün imkanlar genişlənir. Siyahıda 14-cü olan Suriyaya qaz nəqli ilə Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq və ardınca, mümkündür ki, Afrika.

Bundan sonrakı marşrutlar, təbii ki, Türkiyə və Suriya vasitəsilə İraq, İordaniya, Misirə qədər uzana bilər. Yəni Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həm də tranzit ölkə rolunu oynaya bilər.

Mavi yanacaqdan elektrikə

Suriyaya enerji dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə 280 meqavat elektrik Suriyaya göndəriləcək.

Keçmişdə istifadə olunan Birecik-Hələb elektrik xətti də yenidən istifadəyə veriləcək. Təxminən 500 meqavat tutumlu bu xəttin də tamamlanması ilə, ümumilikdə, 900 meqavatlıq elektrik ixracatı mümkün olacaq. Beləliklə, təxminən 1 milyon 600 min evin elektrik ehtiyacı qarşılanacaq.

Bu, eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalçısı kimi qarşısında yeni imkanlar açır. Yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçid etməkdə olan ölkəmiz Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər.

Ülviyyə Gülməmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri