Icma.az
close
up
RU
“Ona görə də biz daima izləndiyimizi fərq edirik” dövriyyəyə hamını izləyəcək frank buraxılır

“Ona görə də biz daima izləndiyimizi fərq edirik” dövriyyəyə hamını izləyəcək frank buraxılır

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Böyük qardaş səni izləyir” - Britaniya Kral Sikkəxanası məşhur yazıçı Corc Oruellin ölümünün 75-ci ildönümünü qeyd etmək üçün üzərində bu sözlər yazılmış 2 funtluq sikkə buraxıb. Sikkəni yanvarın 15-dən etibarən Royal Mint saytında almaq mümkün olacaq.

Sikkənin arxa tərəfində Oruellin “1984” antiutopiya romanından ən məşhur sitat və hər kəsi görüb nəzarətdə saxlayan göz təsvir olunub.

Xatirə sikkəsinin kənarı bu romandan başqa bir məşhur sitatla bəzədilib: “Həqiqət var, yalan var”.

Dizayner Henri Qrey deyib ki, onun yaradıcılığı təkcə Oruellin yaradıcılığından deyil, həm də müasir texnologiyalardan ilhamlanıb. Dzayner qeyd edib ki, müasir texnologiyalar yazıçının bəzi proqnozlarını reallığa çevirib.

“Bu, hər zaman yanıb-sönmədən sizə baxan kamera obyektivinə bənzəyir” - Henri Qrey belə deyib və əlavə edib: “Hazırda evlərimizin hər yerində telefonlar və kameralar var, reklam verənlər telefonlarımız vasitəsilə söhbətlərimizi dinləyirlər, ona görə də biz daima izlənildiyimizi fərq edirik. “1984” romanı da məhz bundan bəhs edir. Bu roman hər şeyin nəzarət altında olması, insanların daima təzyiq altında saxlanılması və bu mühitdə yaşamağa məhkum edilmələri haqqındadır”.

Corc Oruell (əsl adı Erik Artur Bleyr) 21 yanvar 1950-ci ildə 46 yaşında vəfat edib. 1949-cu ildə nəşr olunan “1984” antiutopiyası Oruellin həm Sovet İttifaqını, həm də nasist Almaniyasını xatırladan totalitar cəmiyyəti təsvir edən ən məşhur əsəri oldu. Bu roman SSRİ-də qadağan edilmişdi. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri