Icma.az
close
up
RU
Onlar müharibəni dayandırmağa hazır deyillər Savaşa davam

Onlar müharibəni dayandırmağa hazır deyillər Savaşa davam

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Rusiyanın Kiyevə son hücumu liderlərin görüş ehtimalını sıfıra endirdi”

Almaniya kansleri Fridrix Merz Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün yaxın gələcəkdə baş tutmayacağını bildirib. “Politico” xəbər verir ki, o bu fikirləri Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi brifinqdə deyib.

“ABŞ Prezidenti Donald Tramp və Putinin daha əvvəl əldə etdiyi razılaşmaya baxmayaraq, Zelenski ilə Putin arasında açıq heç bir danışıqlar olmayacaq”, - Almaniya kansleri vurğulayıb.

Merzin bəyanatı Rusiyanın avqustun 28-nə keçən gecə Kiyevdəki mülki hədəflərə yeni zərbələr endirməsi fonunda səslənib.Ukrayna hakimiyyətinin bildirdiyinə görə, Rusiya hücum pilotsuz təyyarələri, qanadlı raketlər və ballistik raketlərdən istifadə edib. Şəhərin hərbi idarəsi azı dördü uşaq olmaqla 19 nəfərin öldüyünü bildirib. Uşaqlar da daxil olmaqla onlarla mülki şəxs yaralanıb. Paytaxtın bütün ərazilərində dağıntılar qeydə alınıb. Darnitski rayonunda raket beşmərtəbəli binaya düşüb və girişlərdən birini tamamilə sıradan çıxarıb.

Ağ Evin mətbuat katibi Karolayn Levitt Rusiyanın Kiyevə hücumunu şərh edərkən deyib ki, Zelenski və Putin özləri müharibəni dayandırmağa “hələ hazır deyillər”. Onun sözlərinə görə, Tramp hərbi əməliyyatları dayandırmağa çalışır, lakin “Putin və Zelenski də bunu istəyir?”.

Danışıqlar mövzusu avqustun ortalarından fəal şəkildə müzakirə olunur. Tramp avqustun 15-də Ankoricdə Putinlə görüşüb və bildirib ki, onun diplomatik təşəbbüsünün məqsədlərindən biri Ukraynanın iştirakı ilə üçtərəfli formatda danışıqlar təşkil etməkdir. Lakin bir həftə sonra Amerika lideri etiraf edib ki, Putin Ukrayna Prezidentini “sevmir” deyə, Zelenski ilə birbaşa əlaqə saxlamaqdan imtina edir.

Moskva da öz növbəsində əlavə şərtlər qoyub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov izah edib ki, görüş yalnız gündəliyin “ətraflı işlənməsi”ndən sonra mümkündür.

Kiyev danışıqların pozulmasında Kremli günahlandırıb.

"Ukrayna danışıqlardan çəkinmir və istənilən formatda danışıqlara hazırdır. Biz tərəfdaşlarımızın Moskvadan ən azı minimal konstruktiv mövqe əldə etməkdə bizə kömək edəcəklərini gözləyirik", - deyə Zelenski vurğulayıb və əlavə edib ki, Rusiya mümkün görüşlə bağlı "mənfi siqnallar göndərir".

Avqustun 26-da Fridrix Merz qeyd edib ki, Zelenski və Putinin iştirakı ilə aparılan danışıqlar uğursuz olarsa, Qərb Moskvaya qarşı yeni təzyiq tədbirlərini nəzərdən keçirməyə məcbur olacaq. O həmçinin xatırladıb ki, bu yaxınlarda Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti istənilən vaxt danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu təsdiqləyib.

Politoloq Azər Qasımov da hesab edir ki, Putin və Zelenski arasında görüş mümkünsüz görünür.

“Tərəflərin danışıqlara hazır olması və bundan imtina etməmələri görüntü yaratmaqdan başqa bir şey deyil. Hər iki tərəf yaxşı bilir ki, həvəssiz görüşlərin nəticəsi olmayacaq. Rusiya və Ukrayna öz istəklərini, şərtlərini yaxşı bilir və bunu qarşı tərəfin qəbul etməyəcəyini də gözəl anlayır. Sadəcə, Kiyev də, Moskva da dünya ictimaiyyətinin nəzərində müharibə tərəfdarı kimi görünmək istəmirlər. Rusiyanın Kiyevə son hücumu isə demək olar ki, görüş ehtimalını sıfıra endirdi”, - analitik AYNA.AZ-a şərhində bildirib.

Qasımov qeyd edib ki, Kiyevin niyyəti ərazilərini işğaldan azad etməkdir: “Rusiya isə işğalçılıq hərəkətinə qanuni don geyindirmək istəyir və vaxt qazanır. Kreml bu tərəfdən danışıqlara hazır olduğunu bəyan etsə də, digər tərəfdən Kiyevi bombalayır, mülki əhalini atəşə tutur. Bu halda görüş, sülh danışıqları mümkün görünmür”.

“Zelenski ilə Putin arasında birbaşa görüşün baş tutması münaqişənin dinc yolla həllinə yönəlik diplomatik səylərin zirvəsi kimi qiymətləndirilir. Belə görüşlər beynəlxalq münasibətlərdə gərginliklərin yumşaldılması və sülh proseslərinin irəliləməsi üçün vacib addım hesab olunur. Alyaskada Trampla Putin arasında keçirilən görüşdən sonra bu istiqamətdə müzakirələr aparıldı. Lakin sonradan  Rusiya rəsmiləri Prezident Putinin belə bir görüşdə iştirak  planının olmadığını bəyan etdi. Üstəlik, dünən Kiyev yenidən bombalandı. Ukrayna tərəfi əvvl görüşdə maraqlı olduğunu desə də, dünəndən ritorika dəyişib. Bu mənada, görüşün alınacağını zənn etmirəm”. Bu sözləri isə politoloq İlyas Hüseynov AYNA.AZ-a açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşün baş tutmaması müharibənin müddətinin uzanmasına, neqativ proqnozların artmasına və diplomatik təşəbbüslərin səmərəsinin zəifləməsinə səbəb olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Avqust 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri