Icma.az
close
up
RU
Onlar polisin sağ qalması üçün dua etsinlər Gürcüstanın baş naziri

Onlar polisin sağ qalması üçün dua etsinlər Gürcüstanın baş naziri

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aksiya zamanı zorakılıq edən hər kəs sərt cavab alacaq və yaralanan polisin sağ qalması üçün dua etməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Hər kəs çox sərt cavab alacaq. Hüquq-mühafizə orqanlarına gəlincə, zərərçəkənlər var, onlardan birinin vəziyyəti kifayət qədər ağırdır. Onun sınığı, hematoması var və bir şeyi deyə bilərəm: məncə, bunu edənlər dua etməlidirlər. Polisə əl qaldıran hər kəsə dövlət çox sərt davranacaq. Buna cavab vermək onlar üçün asan və sadə olmayacaq”, - deyə Kobaxidze bildirib.

O, həmçinin Avropa siyasətçilərinin, o cümlədən Aİ-nin Gürcüstandakı səfirinin üzərinə məsuliyyət qoyub. “Bilirsiniz ki, konstitusiya quruluşunu devirmək cəhdinə dəstək verən Aİ-nin mətbuat katibi də daxil olmaqla, bu elan edilmiş konstitusiya quruluşunu devirmək cəhdinə hətta xaricdən birbaşa dəstək verən konkret şəxslər də var. Yəni bu aksiya bu başlıq altında elan edilib və Aİ-nin rəsmi mətbuat katibi tərəfindən dəstəklənib. Bu fonda Gürcüstanda Aİ-nin üzərinə xüsusi məsuliyyət düşür”, - deyə Kobaxidze qeyd edib.

Etirazçılar şənbə günü axşam saatlarında Prezident Sarayına soxulmağa cəhd edərək, bununla da “hakimiyyətin xalqa ötürülməsinə” başlayıblar.

Hüquq-mühafizə orqanları etirazçılara qarşı dəyənəklərdən və su şırnaqlarından istifadə ediblər.

Etirazın təşkilat komitəsinə ictimai xadim Paata Burçuladze, Milli Hərəkatın üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaz Zodelava, Strategiya Aqmaşenebeli üzvü Paata Manjqaladze və polkovnik Laşa Beridze daxildir.

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyalarının iştirakçılarına və təşkilatçılarına qarşı bir neçə maddə üzrə cinayət işi açıb: polis əməkdaşına hücum etmək, hökumətin dəyişdirilməsinə və ya devrilməsinə çağırış, əmlaka ziyan vurmaq, qrup şəklində zorakılıq təşkil etmək və ya iştirak etmək, strateji obyektə basqın etmək və ya bloklamaq cəhdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Oktyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri