Icma.az
close
up
RU
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” Kreml təbliğatının növbəti anti Azərbaycan isterikası başlayıb

“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” Kreml təbliğatının növbəti anti Azərbaycan isterikası başlayıb

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycan Prezidentinin Şuşada Ukraynaya ərazilərinin işğalı ilə barışmamağa dair çağırışından sonra zatən Azərbaycana qarşı düşmənçilik təbliğatı aparan Kremlin təbliğat maşını daha da azğınlaşıb. Kremlə yaxın teleqram kanallarından tutmuş “hərbi müxbirlər”ə, “Z bloqerlər”ə və televiziya kanallarına qədər bütün resurslar rəsmi Bakını və azərbaycanlıları hədəf alaraq, hədə-qorxular, təhdidlər, təhqirlər yağdırır və ölkəmizin ünvanına ağlasığmaz iftiralara əl atırlar.

“AzPolitika” xəbər verir ki, bu dəfə Kreml təbliğatı bir qədər də irəli gedərək, Rusiyadakı Azərbaycan diasporunun guya Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bildirib. Kremlə yaxın rus millətçi oliqarx Konstantin Malofoyevə aid “Tsarqrad” telekanalı “Rusiya kəşfiyyat orqanlarına istinadla” xəbər verib ki, Ukraynanın bir müddət əvvəl Rusiyanın strateji aviasiyasına qarşı həyata keçirdiyi uğurlu “Pautina” əməliyyatında guya Rusiyadakı Azərbaycan diasporu da iştirak edib.

Telekanalın bununla bağlı iftira dolu reportajında deyilir: “Azərbaycan Ukraynanın xüsusi xidmət orqanları ilə fəal əməkdaşlığa başlayıb... Kəşfiyyatımıza məlum olub ki, Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporlarından istifadə edərək “Pautina” təxribat-terror əməliyyatının həyata keçirilməsində Ukrayna xüsusi xidmət orqanlarına yardım edib. Bəli, bəli, məhz bu yaxınlarda Rusiya ərazisində həyata keçirilən və Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasını məhv etmək məqsədi daşıyan əməliyyat. Məhz Azərbaycan diasporu öz biznes imkanlarından, bazarların və anbarların infrastrukturundan istifadə edərək, logistika və malların daşınmasını həyata keçirməyə kömək etdi. Anladığınız kimi, bu, bütöv bir sistemdir”.

Ardınca kanal həyasızcasına Rusiyadakı azərbaycanlılara qarşı repressiyaları bu əməliyyatla əlaqələndirməyə çalışıb: “Ona görə də hazırda Rusiya xüsusi xidmət orqanları Azərbaycan diasporlarını zərərsizləşdirmək üçün tədbirlər həyata keçirir. Onlar, sözün hərfi mənasında, hazırda Ukrayna ilə sıx əlaqədə olan Azərbaycan xüsusi xidmət orqanlarının rezidenturasıdır. Xüsusi xidmət orqanları arasında hərəkətləri əlaqələndirmək üçün Ukraynanın SBU, GUR və SVR nümayəndələri daimi olaraq Azərbaycandadırlar və gördüyümüz kimi, koordinasiya konkret olaraq Rusiyaya qarşı aparılır... Ümumiyyətlə, nəticə belədir: Rusiyadakı diasporlar ləğv edilməlidir. Diasporlar olmamalıdır. Onları darmadağın etmək və qanunvericilik səviyyəsində qadağan etmək lazımdır, çünki bu, dövlət təhlükəsizliyi məsələsidir. Azərbaycan, özbək və başqa diasporlar olmamalıdır. Rusiya müharibə vəziyyətindədir və Rusiyada xarici xüsusi xidmət orqanlarının cəmləşmiş hüquqi rezidentlikləri olmamalıdır”.

Ardınca telekanal Azərbaycanın İsrail və Türkiyə ilə münasibətlərinə də toxunur. Sonra isə İrana qarşı son İsrail əməliyyatında guya Azərbaycanın da iştirak etydiyinə dair daha bir iftira ilə çıxış edir: “Bu gün Azərbaycan sadəcə Türkiyənin peyki və Ukraynanın müttəfiqinə çevrilməyib. Əliyev İsraillə də əməkdaşlıq edib. İrana zərbə endirmək üçün İsrail Hərbi Hava Qüvvələrinə öz hava məkanını verən Azərbaycan olub. İranın kəşfiyyat xidmətləri artıq bunun etibarlı təsdiqinə malikdir. Ermənistanın regionda bir oyunçu kimi alçaldılması və məhv edilməsi cənubda İran və Rusiyaya qarşı növbəti addımların hazırlanmasının mərhələlərindən biridir. Azərbaycanın coğrafi mövqeyi İran və Rusiya arasında yerləşdiyindən bu məqsədlər üçün çox əlverişlidir. Bu regionda əsas rol oynayan əsas oyunçular və maraqlı tərəflər İsrail və Türkiyədir. İsrailin əsas marağı İrandır, Türkiyəninki isə Cənubi Qafqazdır və o, Rusiya Qafqazında təsirini genişləndirir. Türkiyə Rusiyanı bölgədən sıxışdırıb, onun təsirini zəiflətmək istəyir”.

Göründüyü kimi, Rusiyanın “Z təbliğatı” Azərbaycana qarşı açıq hücum və iftira kampaniyasına dair təlimat alıb. Və bu təlimatda İranla Ermənistana xüsusi yer verilməsi təsadüfi deyil. Hazırda Kremlin yönləndirdiyi bu cür iftiralar Ermənistandakı revanşist qüvvələrin nəzarətində olan mətbuatda gen-bol yayımlanır. İrandakı rejimlə isə təkcə təbliğat deyil, hərbi-siyasi müstəvidə də koordinasiyalı hərəkət edilir.

Beləki, İran və Rusiya iyulun 21-də Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşlarının iştirakı ilə CASAREX-2025 hərbi təlimlərinə start verir. Bu təlimlərin nəyə xidmət etdiyini anlamaq əlbəttə ki, çətin deyil. Lakin Azərbaycanın ədalətli mövqeyi də, inmkanları da, hərbi-siyasi müttəfiqləri də hər kəsə bəllidir. Rusiya və İranın bu cür çirkin təbliğat və hərbi-siyasi təzyiq vasitələri isə acizliyin nümayişi, eləcə də Moskva ilə Tehranın regionda apardıqları səhv irticaçı, imperiyaçı, şovinist siyasətin mənfi nəticələrindən heç bir dərs çıxarmadıqlarının göstəricisidir.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 İyul 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri