Icma.az
close
up
RU
Onlayn Azərbaycan dili məktəbləri: Diaspor və səfirliklər dəstək olmalıdır

Onlayn Azərbaycan dili məktəbləri: Diaspor və səfirliklər dəstək olmalıdır

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə bir daha göstərdi ki, dövlət siyasətinin mərkəzində milli kimliyin, dilin və mənəvi dəyərlərin qorunması dayanır. Xüsusilə xaricdə yaşayan azərbaycanlıların yeni nəsillərinin ana dilini unutması təhlükəsinə diqqət çəkən Prezident, bu məsələnin artıq strateji əhəmiyyət daşıdığını açıq şəkildə ifadə etdi. Onun “bütün azərbaycanlıların Azərbaycan dilində, bizim kimi danışması” ilə bağlı səsləndirdiyi fikirlər əslində milli birliyin, mədəni davamlılığın və diasporla vətən arasında dil körpüsünün möhkəmləndirilməsi çağırışıdır.

Məhz bu kontekstdə əsas sual ondan ibarətdir ki, Azərbaycanlıların yaşadıqları bütün coğrafiyalarda onlayn Azərbaycan dili məktəblərinin yaradılması üçün hansı addımlar atılmalı, hansı prioritetlər müəyyənləşdirilməli və bu təşəbbüs hansı formada daha effektiv şəkildə reallaşdırılmalıdır.

Modern.az-a açıqlamasında bu suallara aydınlıq gətirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, bu məsələ çox həssas və eyni zamanda strateji əhəmiyyət daşıyan bir mövzudur.

“Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, ana dilinin qorunması təkcə dil məsələsi deyil, bu, milli kimliyin, mədəni yaddaşın və mənəvi bağlılığın qorunması məsələsidir. Xüsusilə xaricdə yaşayan azərbaycanlıların üçüncü-dördüncü nəsil övladlarının ana dilindən uzaqlaşması artıq qlobal reallıqdır və bu, zamanında düzgün addımlar atılmasını zəruri edir.

Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəblərinin yaradılması üçün ilk növbədə vahid konsepsiya və dövlət yanaşması formalaşdırılmalıdır. Bu məktəblər sadəcə onlayn dərs platforması kimi yox, sistemli, davamlı və keyfiyyətli təhsil verən bir mexanizm kimi qurulmalıdır. Burada yaş kateqoriyalarına uyğun proqramlar, dil səviyyələrinə görə modul dərslər, həmçinin uşaqlar üçün interaktiv, oyun əsaslı məzmunlar xüsusi əhəmiyyət daşıyır. Dünya təcrübəsində bunu uğurla tətbiq edən ölkələr var və əsas məqam odur ki, dil tədrisi məcburi yox, maraqlı və cəlbedici şəkildə təqdim olunsun”.

O eyni zamanda əlavə edib ki, Prezidentin qeyd etdiyi kimi, məqsəd yalnız dili öyrətmək deyil, “bizim kimi danışan”, düşünən və hiss edən nəsil yetişdirməkdir:

“Bunun üçün tədris prosesinə mədəniyyət, tarix, folklor, milli dəyərlər də paralel şəkildə inteqrasiya olunmalıdır. Yəni onlayn Azərbaycan dili məktəbi sadəcə dil dərsi yox, eyni zamanda milli kimlik məktəbi olmalıdır.

Bu prosesin reallaşması üçün ilk növbədə tədris standartları, müəllim hazırlığı və texnoloji infrastruktur tənzimlənməlidir. Xaricdə yaşayan uşaqlarla işləyəcək müəllimlərin həm peşəkar, həm də diaspor reallığını anlayan, psixoloji və metodiki cəhətdən hazırlıqlı olması vacibdir. Müasir dövrdə bu tip layihələrin uğuru birbaşa müəllimin yanaşmasından və rəqəmsal bacarıqlarından asılıdır”.

Günay Əkbərova əlavə edib ki, digər mühüm məsələ isə ölkələrin razılığı məsələsidir:

“Burada söhbət klassik mənada məktəb açmaqdan getmədiyi üçün, yəni proses tam onlayn platformalar üzərindən həyata keçiriləcəyi üçün hüquqi baxımdan ciddi maneələr yaranmır. Əksər ölkələr ana dilinin onlayn tədrisinə müsbət yanaşır və bunu mədəni hüquq kimi qəbul edir. Əsas məsələ bu təşəbbüsün siyasi yox, mədəni və maarifləndirici mahiyyət daşıdığının düzgün təqdim olunmasıdır. Bu baxımdan diaspor təşkilatlarının, səfirliklərin və mədəniyyət mərkəzlərinin dəstəyi xüsusi rol oynaya bilər.

Hesab edirəm ki, bu istiqamətdə dövlət qurumları, diaspor təşkilatları və vətəndaş cəmiyyəti institutları arasında koordinasiyalı əməkdaşlıq vacibdir. Bu, tək bir qurumun görə biləcəyi iş deyil. Amma düzgün planlama və ardıcıl yanaşma ilə bu ideya qısa müddətdə real və təsirli nəticə verə bilər”.

Yekun olaraq həmsöhbətimiz diqqətə çatdırıb ki, Cənab Prezidentin bu mövzuya həssas yanaşması onu göstərir ki, ana dilimizin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

“Bizim üzərimizə düşən isə bu çağırışı düzgün oxumaq, onu müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirmək və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı uşağın ana dili ilə bağını qoruyub saxlamaqdır”,- deyə G.Əkbərova qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri