Icma.az
close
up
RU
Onlayn mərcə girənlərə ŞOK: 10 manatlıq oyun 3000 manat cəriməyə başa gələ bilər

Onlayn mərcə girənlərə ŞOK: 10 manatlıq oyun 3000 manat cəriməyə başa gələ bilər

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Milyonlar xaricə çıxarılır, oyunçular isə cərimələnir“Azart oyunçuları özlərini idarə edə bilmirlər” 

Onlayn kart, qumar oyunları, ruletka, canlı kazino, internet üzərindən kazino, at yarışlarında mərc, idman mərc oyunları, lotereyalar, pul qoymaqla nərd, domino, onlayn və oflayn poker, ani lotereyalar və sair azart oyunları son illərdə kəskin populyarlaşdı. Qazanan çoxdur, yoxsa itirən?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında onlayn mərc oyunları ilə bağlı araşdırma apardıqlarını və ortaya heç də müsbət olmayan mənzərənin çıxdığını dedi: 

- Bəllidir ki, onlayn oyunların populyarlığı texnologiya və internetin yayılmasının təsiri ilə bağlıdır. Bir çox oyunçular rahatlığın və çeşidin təminatı ilə onlayn oyunları üstünlük kimi göstərirlər. İstənilən vaxt, istənilən yerdə oyun oynamağa imkan verən bu platformalar oyunçulara yeni imkanlar və maraqlı təcrübələr təqdim etməklə bərabər, çeşidli istehlakçı problemləri və qanun pozuntusu da yaradır.

Xüsusən offşor oyun təşkilatçıları istehlakçı hüquqlarının pozulması, uduş məbləğinin “azart oyunçuya” tam həcmdə çatdırılması baxımından problem yaradır. Qeyd edim ki, 2025-ci il 8 iyul tarixli Qanun Azərbaycanda azart oyunlarının virtual formada - internet, mobil şəbəkələr, sosial şəbəkələr və tətbiqlər daxil olmaqla təşkil edilməsini və keçirilməsini, habelə maliyyə institutları tərəfindən müvafiq ödəniş əməliyyatlarının aparılmasını birbaşa qadağan edir. Eyni zamanda 2024-cü il may ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti internetdə və sosial şəbəkələrdə qadağan edilmiş və ya icazəsiz lotereyaların, idman mərclərinin və qumar oyunlarının reklamının aşkarlanması barədə məlumat verib. Xidmət belə reklamın qadağan olunduğunu qeyd edib və istehlakçılara şikayətlə müraciət etməyi tövsiyə edib. 2025-ci il oktyabr ayında artıq , Agentliyin yeni strukturu qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə görə beş fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi ilə protokollar tərtib edilməsi barədə məlumat verib. Azərbaycanın “azart oyunçularının”, onların istehlakçı hüquqlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni əməllərinin mənzərəsini DİN-in tək bir iş üzrə apardığı araşdırmadan görmək olar. 2024-cü il 20 sentyabr tarixində DİN vətəndaşları sosial şəbəkələr vasitəsilə xarici qeyri-qanuni saytlara cəlb edən şəbəkənin araşdırılması barədə məlumat verib. İstintaqın nəticəsinə görə, 1157 bank kartı istifadə edilib, üçüncü şəxslərin hesablarına 20 milyon AZN-dən çox vəsait daxil olub, 3,375 milyon AZN kriptovalyutaya çevrilərək xaricə göndərilib, nağd şəkildə isə 2 milyon AZN götürülüb. İstintaq mərhələsində doqquz nəfər həbs edilib. Bu rəqəmlər yalnız bir işə aiddir və bütün bazarın qiymətləndirilməsi deyil. Qanunsuz oyunlara görə oyunçuların cəzalandırılması hallarına dair açıq mənbələrdə əksini tapmış digər məlumatlar da vardır. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi qumar oyununda iştirak üçün 3000 AZN cərimə və oyun vəsaitinin, qoyulmuş əmlakın, uduşun, mükafatın və ya digər gəlirin müsadirəsini nəzərdə tutur. Məsələn, Qəbələ Rayon Məhkəməsinin qərarı ilə oyunçu offşor X və Y brendlərinə daxil olub və üç depozit qoyub - 11,49; 16,49 və 16 AZN. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə bu şəxsə 525-ci maddə ilə 3000 AZN cərimə təyin edilib. Belə misallar çoxdur. Nərimanov Rayon Məhkəməsinin məlumatına görə, oyunçu offşor brend X, “offşor brend X” və digər səhifələrdən istifadə edib, təxminən 1000 AZN uduzduğunu və 40 AZN uduş qazandığını bildirib. 3000 AZN cərimə təyin edilib, uduş müsadirə olunub. Qeyd etdiyimiz materiallardan bir daha nəticə əldə olunur ki, Azərbaycanın “azart oyun” istehlakçıları kazino oyunlarından və ya onların analoqlarından istifadəni müstəqil şəkildə nəzarətdə saxlaya bilmirlərsə, bu cür azart oyun təşkilatçılarının şirnikləndirici vəd və reklamlarına aludə olmasınlar. Məsləhət görürəm ki, bu sahədə hər hansı hüquq pozuntusu ilə üzləşən istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri