Icma.az
close
up
RU
Onlayn təhsil həqiqətən nəticə verir? AÇIQLAMA

Onlayn təhsil həqiqətən nəticə verir? AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə rəqəmsal texnologiyaların inkişafı təhsil sahəsində də ciddi dəyişikliklərə səbəb olub. Xüsusilə pandemiyadan sonra onlayn təhsil və distant öyrənmə modelləri daha geniş yayılıb. Bu dəyişikliklər repetitor xidmətlərinə də təsirsiz ötüşməyib. Hazırda minlərlə şagird və abituriyent müxtəlif fənlər üzrə hazırlıq prosesini onlayn formada davam etdirir. Bu model həm vaxt baxımından rahatlıq yaradır, həm də müəllim seçimində daha geniş imkanlar təqdim edir. Bununla belə, onlayn repetitorluğun ənənəvi dərslərlə müqayisədə nə dərəcədə effektiv olması ilə bağlı müzakirələr davam edir.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, onlayn repetitor xidmətləri müasir dövrdə bir çox insan üçün faydalı və səmərəli seçim hesab olunur.
Onun sözlərinə görə, bu modelin effektivliyi yalnız dərsin onlayn keçirilməsi ilə deyil, bir sıra əlavə amillərlə müəyyənləşir:
"Onlayn şəkildə keçirilən repetitor xidmətləri bir çox insan üçün faydalıdır. Amma nəticə bir neçə amildən asılıdır. Burada əsas üstünlük vaxt və yol qənaətidir. Şagird və ya tələbə evdən çıxmadan dərslərdə iştirak edə bilir. Bu, xüsusilə böyük şəhərlərdə yaşayan və ya hər gün uzun məsafə qət etməli olan şəxslər üçün ciddi üstünlük yaradır. Eyni zamanda yaşayış yerindən asılı olmayaraq müxtəlif müəllimlərlə işləmək imkanı əldə edilir. Bu da seçim imkanlarını genişləndirir və daha uyğun müəllim tapmağa şərait yaradır".
Ekspert qeyd edib ki, onlayn təhsilin mühüm üstünlüklərindən biri də dərslərin sonradan yenidən izlənilə bilməsidir:
"Bir çox platformalarda dərslərin yazılması və sonradan təkrar izlənməsi mümkündür. Bu isə mövzunu daha yaxşı mənimsəməyə kömək edir. Şagird başa düşmədiyi hissələri yenidən dinləyə, qeydlərini dəqiqləşdirə və mövzunu təkrarlaya bilir. Bundan başqa, dərs saatlarının daha çevik şəkildə planlaşdırılması mümkündür. Müəllim və şagird öz qrafiklərinə uyğun vaxt seçə bildiyi üçün dərs prosesini təşkil etmək daha rahat olur".
Rizvan Fikrətoğlu bildirib ki, bütün üstünlüklərlə yanaşı, onlayn repetitorluğun müəyyən çətinlikləri də mövcuddur. Onun sözlərinə görə, texniki problemlər bəzən tədris prosesinə mənfi təsir göstərə bilir.
"Mənfi tərəflər də var. İnternet bağlantısında yaranan problemlər, elektrik kəsintiləri və digər texniki nasazlıqlar dərsin keyfiyyətini aşağı sala bilər. Bundan əlavə, bəzi şagirdlər üçün üz-üzə dərs zamanı diqqəti cəmləmək daha asan olur. Sinif və ya müəllimlə birbaşa təmas müəyyən hallarda öyrənmə prosesinə müsbət təsir göstərir".
Ekspert xüsusilə aşağı yaş qruplarında olan uşaqlarla bağlı müəyyən çətinliklərin yarana biləcəyini də vurğulayıb:
"Kiçik yaşlı uşaqlarda nəzarət və motivasiya məsələləri daha çox ön plana çıxır. Onların diqqətinin uzun müddət ekranda saxlanılması çətin ola bilər. Bu səbəbdən valideyn dəstəyi və nəzarəti mühüm rol oynayır. Şagirdin öz məsuliyyət hissi və dərsə yanaşması da nəticələrə birbaşa təsir edir".
Təhsil eksperti hesab edir ki, onlayn repetitorluq bütün istiqamətlər üçün eyni dərəcədə uyğun olmasa da, bəzi sahələrdə yüksək effektivlik nümayiş etdirir.
"Bu model daha çox ali məktəbə hazırlıq, xarici dil öyrənilməsi, dövlət qulluğuna hazırlıq, proqramlaşdırma və nəzəri fənlərin tədrisi zamanı effektiv nəticə verir. Əgər şagird öz üzərində işləməyə meyllidirsə, tapşırıqları vaxtında yerinə yetirirsə və dərs prosesinə məsuliyyətlə yanaşırsa, onlayn dərslər ənənəvi repetitor xidmətləri qədər, bəzi hallarda isə onlardan daha səmərəli ola bilər".
Mütəxəssisin fikrincə, gələcəkdə rəqəmsal texnologiyaların inkişafı ilə onlayn repetitor xidmətlərinin daha da geniş yayılması gözlənilir. Bu isə təhsil sahəsində yeni imkanlar yaratmaqla yanaşı, öyrənmə prosesinin daha çevik və əlçatan olmasına şərait formalaşdıracaq.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri