Icma.az
close
up
RU
Onu evə qoymurdum Kürəkənini öldürən kişinin qızı DANIŞDI

Onu evə qoymurdum Kürəkənini öldürən kişinin qızı DANIŞDI

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilmədiklərini deyiblər. 

Təqsirləndirilən Nuranə Məhərrəmova ifadəsində həmin gün keçirdiyi ağır əməliyyatdan sonra evə gəldiyini bildirib:

"Evə təzəcə çatmışdım ki, Ədilin anası Raya xanımdan zəng gəldi. Ədil məni elə ağır vəziyyətdə qoyub mağazaya getmək adı ilə evdən çıxdı. Onun Süsənin yanına getdiyindən şübhələndim. Nə qədər zəng elədim, Ədil telefonu götürmədi. Anasına zəng etdim, mənə nalayiq sözlər və söyüşlər dedi. Ayın 19-u günü Ədil döyülmüş halda evə gəldi. Mən ondan bərk incik olduğumdan onu evə qoymurdum, atam dedi yazıqdır, pis vəziyyətdədir. Ədil dedi ki ölməyə sənin yanına gəlmişəm. Bunun nə demək olduğunu soruşanda, başa salacağını dedi. Niyə bu halda olduğunu soruşdum, dedi ki, Vüqarla dalaşıb.

Özüm pis vəziyyətdə ola-ola, canım ağrıya-ağrıya ona dərman verdim yatdı. Evdə çörəkpulu yox idi, Ədil həmişə qazancını anasına aparıb verirdi, uşağına xərcləmirdi. Evdə pul olmadığından işlədiyim salona getdim. Müştərilər gəldi, iş başımı qatdı. Evdə atam, əqli qüsurlu qızım Fidan və  Ədil vardı. Evə qayıdanda Fidanı evdə görmədim. Ədildən onun harada olduğunu soruşanda qovdum, getdi dedi. Ağlaya-ağlaya çıxıb onu axtarmağa başlayanda küçədə qabağıma çıxdı, evə gətirdim. Qızımı qovduğuna görə Ədillə mübahisə etməyə başladım, o da çığır-bağır salmağa başladı. Onun çıxıb getməsini tələb etdim. Mənə əl-qol atdı, vurmağa başlayanda atam araya keçdi. Ədil bu zaman mətbəxdəki bıçağı götürüb cumdu atamın üstünə. Mən Ədilin qolundan itələyəndə bıçaq fırlanıb divara dəydi, mən də tez onu götürüb çarpayının altına tulladım. Ədilə dedim get, sakitləşib qayıdarsan. Mən onu evdən sağlam yola salmışam. Bacım mənə sonra zəng etdi ki, Ədil  Al Market-in yanında yıxılıb qalıb. Durub oraya getdim, onu yerdə üst-başı palçıqlı, uzanaqlı vəziyyətdə gördüm. Yatmaq istəyirəm, durmağa gücüm yoxdur deyirdi. Mən gələnə kimi o küçədə Ədilə nələr olub, bilməmişəm. Onu qaldırmağa gücüm yox idi, məcbur qonşunun əl arabasını gətirdilər, tanışımız Səbuhi onu qucağına alıb arabaya qoydu. Birtəhər Ədili götürüb evə gətirdik. Susuzluqdan yandığını deyib su istədi. Səbuhi kömək edib onun palçıqlı paltarlarını çıxaranda dedi ki, onun bədəni bütün yaradır, salamat yeri yoxdur. Tez həkim çağırdıq. Ona kimi əlimdən gələni süni nəfəs, filan hamısını etdim. Sonra anası Raya xanıma zəng etdim ki, Ədil yaralıdır, gəlin kömək edin, uşaqlarla təkəm. Mənim sübutlarım da var:  şahidlərim, kamera görüntülərim də var. Bu işin ədalətli araşdırılmasını istəyirəm".

Daha sonra növbəti məhkəmə 23 dekabra təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri