Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Məni yandıracaqsan, yandır da Keçmiş kürəkənini öldürən kişinin MƏHKƏMƏSİ

Məni yandıracaqsan, yandır da Keçmiş kürəkənini öldürən kişinin MƏHKƏMƏSİ

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə bacısının keçmiş ərini öldürməkdə təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmədə hadisə yerindən videogörüntülər nümayiş olunub, təqsirləndirilən M. Hüseynzadə məhkəmənin suallarını cavablandırıb.

O, keçmiş kürəkənləri Zəhmət Əhmədova yaxınlaşaraq onu sakitləşdirmək istədiyini, maşına qoyub aparmaq istədiyini bildirib:

"Benzini tökəndən sonra mənə dedi ki, bəs deyirdin məni yandıracaqsan, yandır da. Maşına yaxınlaşanda isə getməkdən imtina etdi. Mən siqaret çəkmirəm, maşınımda da alışqan olmayıb. Məni tanıyan hamı bilir ki, mən maşınımda kiminsə siqaret çəkməsinə belə icazə vermirdim. Mən məhəlləyə çatanda Zəhmətin cibində siqaret də, alışqan da vardı".

Z. Əhmədovun həyat yoldaşı Aysel Əhmədova qardaşı ilə Z. Əhmədovun arasında heç vaxt mübahisə olmadığını deyib:

"Məni qorxutmaq istəyirdi yəqin. O, bu vaxta kimi heç vaxt pis sözlər deməz, söyüşlər söyməzdi. Mən bildim ki, onun halı özündə deyil, yoxsa Zəhmət belə sözlər deyən insan deyildi. Sonra xəstəxanaya onun yanına gedəndə Zəhmət mənə, mən Məhərrəmin üzünə baxa bilmirəm bu hadisəyə görə, çox xəcalət çəkirəm dedi". 

Təqsirləndirilənin vəkili vəsatət verərək,  Z. Əhmədovun xəstəxanada alınmış videoifadəsində onun psixoloji durumunun  mütəxxəsis tərəfindən qiymətləndirilməsi, hadisə günü zərərçəkmişin davranışındakı qəribəliklərə baxmayaraq, hansı səbəbdən bunun nəzərə alınmayaraq müayinə edilməməsi, hadisə yerindəki videokameraların görüntüsünün keyfiyyətsiz olması səbəbindən faktlar üzrə təkrar ekspertiza təyin olunmasını məhkəmədən xahiş edib: "Əgər Məhərrəmdə alışqan vardısa, Məhərrəmin yanıq xəsarəti alması mümkündürmü?"

Hakim A. Əliyeva vəsatətin müzakirəyə çıxarılmadığını elan edib.

Şahid Əhmədov Seymur hadisədən bir gün sonra xəstəxanaya qardaşının yanına getdiyini bildirib:

"Həkim iki alışqan, siqaret, Zəhmətin şəxsiyyət vəsiqəsini  mənə verdi. Bunları da iki gün sonra özüm  müstəntiqə verdim". 

Məhkəmə işi aparan müstəntiqin və həkimin şahid qismində məhkəməyə dəvət olunacağını bildirərək növbəti prosesi 19 yanvar saat 14:00-a təyin etdi.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora  gələrək, səs-küy yaradıb.

Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

Məhərrrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri