Icma.az
close
up
RU
Onun adı niyə “Qara Cümə”dir? KONKRET

Onun adı niyə “Qara Cümə”dir? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bu gün dünyanın əksər mağazalanın qiymətlərdə böyük endirimlər etdiyi “Black Friday” yəni, “Qara Cümə”dir.

KONKRET.az xəbər verir ki, hər il noyabrın sonuncu cümə günü qeyd olunan “Qara Cümə” Şükranlıq Günü tədbirlərinin ayrılmaz hissəsidir.

“Qara Cümə” termini ilk dəfə 1950-ci illərdə Filadelfiya şəhər polisləri istifadə edib. Bu isə Şükranlıq Günündən sonrakı gün, şəhərətrafı alıcıların və turistlərin şəhərə axışdığı gün yaranan xaosla bağlı olub.

Şəhər o gün polisləri əlavə izdiham və tıxacla məşğul olduqları üçün növbəsiz işləməli olurdular.

Sözügedən ajiotaj mağazalarda oğurluqlara da gətirib çıxarırdı.

Termin rəsmi olaraq ilk dəfə 1951-ci ilin noyabrında ABŞ-nin “Factory Management and Maintenance” jurnalında istifadə olunub.

1961-ci ilə qədər “Qara Cümə” Filadelfiyada o dərəcədə yayıldı ki, şəhər tacirləri onun adını “Böyük Cümə” olaraq dəyişdirməyə də cəhd etdilər. Lakin bu təşəbbüs uğursuz oldu.

1980-ci illərin sonlarında pərakəndə satıcılar “Qara Cümə” günü ilə bağlı müştərilərdə mənfi yox, müsbət fikir formalaşdırmaq üçün bayramın “Qırmızıdan-qaraya” konsepsiyasını hazırladılar.

Bu isə Şükranlıq günündən sonrakı gün Amerika mağazalarının nəhayət qazanc əldə etdiyi bir hadisəyə çevrildi.

O vaxtdan bəri, mağazalar həmin cümə daha erkən açılıb, gec bağlanmağa başladı. Məhsullara isə üzərindəki etiketlərdən böyük fərqlə qiymət endirimləri tətbiq edildi ki, bu da böyük insan sıxlığına gətirib çıxardı.

Günümüzdə sözügedən endirimli günlər ölkəmizdə də tətbiq olunur. Xüsusilə mağazalarda “Qara Cümə”yə 1 həftə öncədən və dekabrın əvvəllərinə kimi qırmızı etiket reklamları olur.//Qafqazinfo

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2024 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri