Icma.az
close
up
RU
Onun bütün ailəsini qırmışdılar... 12 yaşlı qızı ölümdən xilas edən sevgi

Onun bütün ailəsini qırmışdılar... 12 yaşlı qızı ölümdən xilas edən sevgi

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az yəhudi əsilli rus rejissor Semyon Vinokurun "Sevgi" məqaləsini Babək Məmmədlinin tərcüməsində təqdim edir.

1998-ci ildə mən artıq səkkiz il idi İsraildə yaşayırdım. Təzə-təzə filmlər çəkməyə başlamışdım. Hər gün qazanc barədə düşünüb təlaşlanırdım. Əlimə bir gündəlik keçdi. Oxuyuram və gözümü çəkə bilmirəm.
Ətrafda aləm qarışıb bir-birinə, liderlər kəllə-kəlləyə gəlib, əsl pul qazanmalı məqamdır, mən isə telefonu söndürüb divanda uzanmışam, ağlayıram. Maut adlı 12 yaşlı qızcığaz 24 yaşlı Germana yazır: "Səni görmək! Hər zaman yanında olmaq!.. Bir gün olsun belə səni düşünməyə bilmirəm. Təkcə sənsən məni həyata bağlayan... Sənlə yaşayıram... Və o öpüş..."

Başqasının həyatını güdürmüş kimi narahatlıq keçirsəm də, oxumağı yarımçıq saxlaya bilmirdim. Gündəlikdəki qeydlər 1941-43-cü illəri əhatə edirdi, Maut onu konslagerdə yazmağa başlamışdı. Rəfiqələrinin bir qismini Osvensimə - ölüm düşərgəsinə aparırlar, yerdə qalanlar isə ümidsizlikdən intihar edir. Ancaq, Maut öz sevgili Germanına hey məktub yazır və bunun sayəsində sağ qalır; bütün varlığı ilə bu məhəbbət çınqısından bərk-bərk tutub dayanır. 1943-cü ildə Germanı bir başqa ölüm düşərgəsinə - Treblinkaya aparanda Maut elə bilirdi buna dözə bilməyəcək, öləcək. Ancaq, ölmədi...

Gündəliyi mənə dostum - yazıçı Lena Makarova vermişdi. Oxuyandan sonra özümə gəlib, dərhal hərəkətə keçdim. Həyatım boyu rastlaşdığım ən yaxşı prodüser - Suzanna köməyimizə çatdı. Lena tez-bazar tələbnamə yazdı, fonddan az miqdarda da olsa pul ayırdılar və biz Mautun evinə yollandıq.

Mən gərgin idim. Qorxurdum çəkilişdən imtina edər. Budur, çatdıq. Bizi uşaq sifətli şirin bir ahıl qadın qarşılayır. Onunla ünsiyyət qurmağa çalışıram. Gülümsəyir, ancaq olduqca qapalıdır. Mehribandır, ancaq açılışmaq istəmir. Danışır, ancaq mən istədiyim kimi deyil.
Bir sözlə, işlər pis gedir. Müqavimətini qırmaq üçün inad edirəm. Nəticədə, üç gün sərasər qənşərində əyləşib plyonkanı "axıtdım" (buna uyuşma, uyğunlaşma çəkilişi deyilir). Plyonka da bahalıdır - bu, bizim son pulumuzdur. Üçüncü günün sonunda, axşama yaxın o, nəhayət, açılışdı. Bizə güvənməyə başladı. Anladı ki, mən bayağılıq dalınca gəlməmişəm. Və biz dostlaşdıq. Bundan sonra o, dönüb əvvəlki Maut oldu; 12 yaşlı o qızcığaz kimi cingiltiylə gülür, ağlayır, darıxır, oxuyur, Germanla danışır, sanki, düz yanında əyləşib. Artıq kameranı da unutmuşdu. Beləliklə, bizim kinoromanımız başladı.

Bu arada pulumuz tükəndi. Böyük ürəkli Suzanna yenə dadımıza yetdi; Mautla Germanın keçdiyi "ölüm düşərgələri"nə səfərin maliyyəsini tezliklə həll etdi və biz kiçik bir heyətlə yola düzəldik. Mən, səs rejissoru Fima, Lena Makarova, çexiyalı operator İrji və əlbəttə ki, Maut özü. Marşrutumuz Çexiya və Polşaya idi. Gedirik... Çəkirik... Maut gözlərim önündə bu romanı yenidən yaşayır. Və mən yenidən anlayıram ki, bu məhəbbət olmasa idi, Maut da olmazdı. Osvensim muzeyinin bölmələrinin birində nəhayətsiz çamadan sərgisinin arasıyla keçib gedirdik. Qəfil Mautun tükürpədici çığırtısını eşitdik: "Zdeneçka". O, minlərlə çamadanın içindən eyni sinifdə oxuduğu, birlikdə düşərgəyə gətirildiyi, sevgi hekayəsini bölüşdüyü rəfiqəsinin çamadanını tanımışdı. Onu Osvensimə - qaz kamerasında yandırmağa aparanda bu çamadanla getmişdi. "Zdeneçka Berqer" - çamadanın üzərinə qızın ad-soyadı yazılmışdı...

Beləliklə, son çəkiliş gününə gəlib çatdıq. Kiçik çex şəhəri Prostyev. Məzarlığı çəkirik. Daş lövhəyə ölənlərin və itkin düşənlərin adları həkk olunub. Maut bizə danışır: bu qız filan yerdə öldü, o biri filan yerdə, bu isə vəkil idi, onun bütün ailəsini qırmışdılar. Bu isə Germandır, - dedi. Soruşuram: "Sənin Germanın?.."

"Hə, mənim Germanım", - cavab verir... Bu an hansısa qüvvə məni təhrik edir və mən soruşuram: "Belə hallar da olub axı, adamları ölmüş bilirlər, ancaq, salamat qayıdıblar".

"Əlbəttə, olub", - deyir və əlavə edir: "Məsələn, bax bu Valter Bresler. Burda yazılıb ki, ölüb, ancaq o salamat qayıdıb..." Onda mən soruşuram: "German sonuncu məktubunda nə yazmışdı sənə?" Maut mənə baxdı, bir anlıq susqunluqdan sonra dilləndi: "Onu qatarda Treblinkaya aparanda yoldan mənə yazmışdı ki, müharibədən sonra məni Berlində "Arvayleştrasse 3" ünvanında gözləyəcək".

Məni maraq bürüyür: "Bəs sən müharibədən sonra o ünvana getmədin?"

"Yox... Getmədim", - deyib duruxur...

Biz düşünürdük, son çəkilş günümüzdür. Xülasə, son pulumuzla Berlinə yola düşməyə qərar verdik, məsələni belə qoyub geri qayıda bilməzdik... Berlinə gəlib küçəni tapırıq. Mautdan xahiş edirəm ki, irəli düşüb ünvana doğru getsin. Hələ bilmirəm, belə bir ev, ümumiyyətlə, varmı. Qəsdən yoxlamıram. Operatordan isə xahiş edirəm ki, hər şeyi çəksin. Bir detalı da gözdən qoymasın, çünki hamısı bir dubla çəkilməlidir.

Budur, xanım Maut irəlidə gedir. O, gedir, tövşüyür. Qəfil onun ümidləri geri qayıdır... Üç uşağı, səkkiz nəvəsi olan 70 yaşlı ərli qadının birdən-birə ümidləri oyanır; birdən o, burda olar... Bəlkə o, bütün bu müddət ərzində məni gözləyib... O yerimirdi, uçunurdu... Hər yeni addım - daha böyük ümid demək idi. Biz Mauta görə son dərəcə narahat idik. Arxasınca gedirdik. Operator əlləri titrəyə-titrəyə çəkir, sanki sonuncu çəkilişidir... Budur, o, həmin evə yaxınlaşır... Həmin bloka daxil olur... Qarşısında mənzillərin siyahısı... Nəhayət, onun titrək barmağı zəngin düyməsinə doğru gedir... O, indi zəngi basacaq... Bəlkə, onun Germanı, onun ilk sevgisi qapını özü açacaq onun üzünə... Demək olar ki, filmin sonudur. Yavaşladılmış kadrda möcüzə gözləntisi...

...Hansı ki, əlbəttə, baş vermir... Germanı elə Treblinkada qətl ediblər. Ancaq biz çox ümidlənmişdik... Sonuncu məqama qədər... Bəlkə, o sağ qalıb deyə...

Film Nyu-York da daxil olmaqla bir neçə mötəbər festivalları qazandı... Bunların içində ən yaddaqalanı kiçik, diqqətləri üzərinə az çəkən Kalamat festivalı oldu. Yunanıstanda. Hər yerdə olduğu kimi, burada da antiisrail havası hökm sürürdü. Bütün mətbuat bizə qarşıdır. Bizi sevmədiklərini açıq-aşkar üzümə deyirlər. Soruşurlar: "Nə üçün gəlmisən?!"
Birinciliyi İran filmi qazandı, ikinci yeri isə Fələstin muxtariyyəti... Nəhayət, növbə bizim filmə çatdı. Kimsə etiraz kimi nümayişkaranə şəkildə zalı tərk etdi. Mən qələbə gözləmirdim. Ancaq maraqla müşahidə edirdim ki, necə münasibət göstərəcəklər. Onda gördüm ki, sevgi insanları necə dəyişirmiş...

Əvvəlcə xısınlaşıb səs-küy salan, tamamilə bizə qarşı köklənmiş adamlar, axır, filmə baxırlar... Dinləyirlər... Qımıldamırlar daha... Germanı son dəfə görmək ümidi ilə küçəylə uçuna-uçuna gedən Mautdan gözlərini çəkə bilmirlər... Nəhayət, sonluq... Berlinin küçələrində möcüzə görmək ümidi ilə onunla bərabər gedən sonluq... Bu onları bitirir... Budur, kimlərsə zalda ağlayır...

Mən anlayıram ki, bütün insanlığı birləşdirən ortaq bir nəsnə var. Bəli, var! Bunun üçün, yalnız bunun üçün mən yazıram. Yazıram deyəm ki, bu sevgidir! Banal səslənsə də, bu belədir. Mən bizim aramızdakı eqoist sevgidən danışmıram. Mən bizdən yuxarıda dayanan böyük Sevgidən danışıram. Bizi əhatə edən Sevgidən danışıram. Bu bədbəxt dünyanı saxlayan Sevgi Qanunundan danışıram...

O vaxtdan Mautla mən möhkəm dostluq edirik. O, mənim bir çox premyeralarımda iştirak edib. Oğlumun toyuna da gəlmişdi. Çoxdandır ona zəng etmirəm. İndi o, 80 yaşlarındadır. Yazdım və anladım ki, darıxmışam ondan ötəri. Mütləq ona zəng edəcəm...

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev “Mənim hüquqlarım” adlı tədbir keçirildi Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Noyabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri