Qurban Qurbanov Elvinə qırmızı vərəqə ilə bağlı ünvanlanan suala belə reaksiya verdi VİDEO
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Avropa Liqasının 7-ci turunun “Qarabağ” - FKSB matçından əvvəl meydan sahiblərinin təşkil etdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.
Publika.az xəbər verir ki, konfransda iştirak edən və tez-tez qırmızı vərəqə alan müdafiəçi Elvin Cəfərquliyevə “Hakimin güzəştə getməyən biri olduğu bildirilir. Bunu nəzərə almısan” - deyə sual ünvanlanıb.
Azərbaycanlı futbolçu bu sualı gözlədiyini bildirib:
“Hiss edirdim ki, mənə bu sual veriləcək. Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən irəli gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram”.
Elvinin cavabı bitər-bitməz Qurban Qurbanov “bəzən də verirlər” - deyə reaksiya verib. Bu da hər kəs tərəfindən təbəssüm ilə qarşılanıb.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















