Icma.az
close
up
RU
“Onun uğur qazanmasına imkan vermərik” Kanada yeni Baş nazirini seçdi və Trampa meydan oxudu

“Onun uğur qazanmasına imkan vermərik” Kanada yeni Baş nazirini seçdi və Trampa meydan oxudu

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ administrasiyasının az qala düşmən elan etdiyi qonşu Kanadada yeni Baş nazirin kimliyi bəlli olub.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ilk dəfə indiyə qədər siyasi təcrübəsi olmayan şəxs – Kanada Mərkəzi Bankının keçmiş rəhbəri Mark Karni hakim Liberal Partiyasına rəhbərlik etmək üçün keçirilən seçkilərdə qalib gəlib. O, Baş nazir postunda Castin Trüdonu əvəz edəcək.

59 yaşlı Karni səslərin 86 faizini qazanaraq, təxminən 152.000 partiya üzvünün iştirak etdiyi seçkidə keçmiş Maliyyə naziri K.Friləndə qalib gəlib.

Əvvəllər Kanada və İngiltərənin mərkəzi banklarına rəhbərlik etmiş Karni Kanadanın siyasi təcrübəsi olmayan ilk Baş naziri olacaq. Onun hakimiyyətə gəlişi Donald Tramp tərəfindən Kandaya qarşı başladılan ticarət müharibəsi fonunda baş verib.

Karni vurğulayıb ki, Kanada Trampın onun iqtisadiyyatını zəiflətməsinə icazə verə bilməz. Kampaniya zamanı Karni ABŞ-yə qarşı cavab rüsumlarını və investisiyaları stimullaşdırmaq üçün əlaqələndirilmiş strategiyanı dəstəklədiyini bildirib: "İqtisadiyyatımızı zəiflətməyə çalışan kimsə var. O, kanadalı işçilərə, ailələrə və bizneslərə hücum edir. Biz onun uğur qazanmasına icazə verə bilmərik… İndi əvvəllər təsəvvür edə bilmədiyimiz şeyləri qeyri-mümkün hesab etdiyimiz sürətlə etməli olacağıq".

Xatırladaq ki, martın 4-dən etibarən Donald Tramp Kanada və Meksikadan idxal olunan məhsulların əksəriyyətinə 25 faizlik gömrük rüsumları tətbiq edib.

Buna cavab olaraq, Kanadanın Baş naziri Castin Trüdo 155 milyard dollar dəyərində Amerika mallarına 25% tariflər elan edib. Tramp bundan sonra aprelin 2-dək Kanada və Meksikadan gələn böyük qrup mallara 25%-lik tarifləri dayandırıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Mart 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri