Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Onunla son görüşümüz Rafael Hüseyn yazır

Onunla son görüşümüz Rafael Hüseyn yazır

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İradənin yoxluğuna söz demək çox ağır, bu gedişlə barışmaq çətindir.

İradə sözün çəkisini və qədrini bilən, sözün təəsübünü çəkən, sözün içərisini görməyi və gördüyünü də Sözə layiq sözə çevirməyi bacaran, incə zövqlü, dərin və yenilikçi düşüncəli, həyatda da, elmdə də sağlam, dürüst mövqeyi olan insandı. Ədəbiyyatşünaslığımızda İradə Musayeva sevimli bir hadisə idi və məşğul olduğu istiqamətlərdə əvəzi olmayanlardandı.

İradə elə adına bənzəyirdi.

İradəli idi, fikirlərində ardıcıl, mövqeyində sabit, baxışlarında güzəştsiz idi.

Yaxşı olmadığını duyduğunu ona yaxşı adı ilə qəbul etdirmək mümkünsüzdü. Mərdliyinə, barışmazlığına görə İradəni məhz bu keyfiyyətinə görə bir az da artıq istəyən dostları çox olduğu kimi, onun tənqdilərindən hikkələnərək kin saxlayanlar, tərs münasibət bəsləyənlər də gözə dəyirdi.

Elələrinə İradənin monoqrafiyalarından birinə yazdığım geniş önsözdə cavab vermiş, kitabı gələcək həmlələrdən bəri başdan qorumağa çalışmışdım.

Doktorluq dissertasiyasında mən elmi məsləhətçisi idim.

İradəyə bir tövsiyyəm də bu olmuşdu ki, müdafiə ərəfəsində əlavə əleydarlar qazanmamaqçün bir müddət ehtiyatlı davranmaq lazımdır.

Ona, vaxtilə mənə, hələ şərqşünaslıq fakultəsində tələbə olduğum vaxtlarda unudlmaz ustadımız, professor Rəhim Sultanovun ayrı-ayrı çıxışlarımı, mübahisələrimi, müzakirələrdə söylədiklərimi, müəllimlərimizlə dialoqlarımı izləyəndən sonra verdiyi nəsihəti xatırlatmışdım.

Rəhim müəllim soruşmuşdu ki, uşaqlıq illərində çilingağac oynamısıanmı? “Bəli” demişdim. Qayıtmışdı ki, çilingağac oyununda “yanı çıxmaq” mərhələsi var. Addım-addım gəlib ora çatanacan pəli hələ yalnız yaxın məsafəyə vurmaq ixtiyarın olur. Elə ki, yanı çıxdın, pəli istədiyin uzaqlara vurursan, rəqib oyunçu onun ardınca qaçmlı olur. Odur ki, tələsmə, çılğın olma, etirazçılığını bir az içində boğ, zamanı gələcək, yanı çıxacaqsan, dediyin hanısısa cəsarətli sözlərin də sənə zərər gətirmək ehtimalı aradan gedəcək.

Böyük elmdə də (əslində elə həyatın ən müxtəlif səmtlərində də) belədir. Müəyyən dərəcələri alana, rütbələrə çatana qədər sənə əmma qoyanlar da, maneçilik törədə bilənlər də tapılır. Ancaq vaxt gəlir, elə həddə yetişirsən ki, sözün daha keçərli və kəsərli olur, təsdiqlənmiş elmi diplomların, sanballı əsərlərin zirehə çevrilərək səni qorumağa, bədxahların, paxılların neştərlərindən xilas etməyə başlayır.

Hələ elmlər doktoru dərəcəsini almamışdan da İradə Musayevanın məqalələri də, kitabları da elə elmlər doktoru sanbalında və siqlətində idi.

Bu həqiqət elə qabarıqdı ki, görməmək mümkün deyildi.

Dost gözüylə baxanlar görürdü, bəyənirdi, iftixar edirdi, kəc nəzərlə baxanlar da hər halda səviyyəni görürdü, həsəddən başqa bir şeyə gücləri çatmırdı (hərçənd ocürlərin həmişə ayrı mərdümazarlıqlar törətmək girəvəsi də olur).

İradə bilikli, prinsipial olduğu qədər də zəhmətkeş, inadcıl idi.

Özünü gördüyü işə fəda edən idi.

İradənin sahib olduğu bütün məziyyətləri göz önünə gətirərək onun yerini tuta biləcək, bu böyük boşluğu dolduracaq ikincisini mən ətrafda görmürəm.

Gücüm çatan qədər həmişə onun yolunu açmağa, arxa durmağa, onu qorumağa çalışdım.

Müdhiş mərəz qarşısında isə hamımız aciz idik.

Nizami muzeyində də İradə hər kəsin istəklisinə çevrilmişdi. Onun gəlişi ilə muzeydəki elmi müzakirələrin sanbalı daha da artmışdı.

Səhhət böhranlarına görə ürəyi istəyən həcmdə çalışmaq, mütəmadi işdə olmaq imkanı yox idi, buna görə də daxili narahatlıq keçirirdi.

Bir gün bunu dilə də gətirdi.

Dərhal etiraz etdim ki, razılaşmıram, sən bircə gəlişinlə başqalarının günlər ərzində görə bilmədiyi işi yerinə yetirirsən.

İradə xanım dissertasiya müdafiə etməyə hazırlaşan gənc əməkdaşlarımızın da ən xeyirxah məsləhətçilərindən idi.

2025-ci il yanvarın 10-da Nizami muzeyindəki dissertasiya şurasında yeni ildəki ilk müdafiə keçirilirdi.

Bu, İradənin qatıldığı son iclasmış.

Müzakirələr əsnasında əvvəlcə iddiaçıya xeyli tutarlı sullar verdi. Əsla razılaşmadığı məqamlar vardı. Qoyduğu suallar gərgin polemika yaratdı. Yenə keçmişlərdə olduğu kimi ona kəskin etiraz edənlər tapıldı və o da elə əvvəllərdə –

şifahi və yazılı çıxışlarında olduğu kimi opponentlərinin səbrlə, inamla, həmişəki qətiyyəti ilə cavablarını verdi, az sonra ayrıca çıxış da etdi.

Müdafiədən sonra otağıma gəlmişdi, xeyli söhbət etdik. Dedim ki, maşallah yaxşı görünürsən.

Həqiqətən də xeyli yaxşılaşmışdı, heç deməzdin xəstədir.

Kədərli gülümsündü: “Üzdən belədir”, -– dedi.

Bir az gec, bir az tez – labüd gedişin astanada olduğunu bildiyimdən İradə ilə birgəliyimizin daha bir yadigarı da qalsın deyə ürəyimdən keçdi deyəm ki, gəl şəkil çəkdirək.

Fotoqrafımız da yaxındaydı, çünki müdafiə gedişində əvvəldən axıra fotolar çəkirdi.

Ancaq demədim, düşündüm ki, azarını özü bizdən də yaxşı bildiyindən, belə söyləməyim onu daxilən incidər.

Çoxdan mübarizə apardığı xəstəliyinin amansızlığından, vəziyyətin ümidsizliyindən xəbərdar olduğumdan İradənin vəfatı haqda xəbərin mənimçün belə qəfil görünəcəyini, belə sarsıdıcı olacağını düşünməzdim.

Bunları yazıram, İradə haqqında keçmiş zamanda yazıram, amma hələ də inanmıram ki, artıq o yoxdur, hər şey bitib...

Sabah, fevralın 8-də əzizləri, dostları, tanıyanları İradənin vida mərasiminə toplaşcaq.

Onun həyatla dolu olduğu son görüşümüzdənsə heç bir ay da keçməyib...

Rafael HÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri