Icma.az
close
up
RU
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır

OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidenti və Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.

AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel ilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpaolunan enerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundan danışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü maddəsi üzrə vahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katib GECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasının COP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə görüşdə isə COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüsləri barədə məlumat verilib. Bildirilib ki, bu enerji təşəbbüsləri hökumətlər, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları da daxil olmaqla, bütün tərəfdaşlara hədəfləri konkret nəticələrə çevirmək üçün zəruri olan dinamikanı yaratmaq imkanı təqdim edir. OPEC Fondu bu təşəbbüsləri dəstəkləməyə dəvət edilib. OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power” şirkətinə 50 milyon dollar məbləğində kredit ayırılması, həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilə texniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə külək enerjisinin inkişafı, yaşıl enerji dəhlizləri və “Masdar” şirkəti ilə həyata keçirilən 1QVt gücündə külək-günəş enerjisi layihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidenti Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazır olduğunu bildirib.

Nazir Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda təmiz enerjinin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatla əməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya ilə enerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyata keçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirmə layihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizləri layihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsində birgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.

Söhbət zamanı COP29-un Enerji Günündə Energetika Nazirliyi ilə “Dayanıqlı Bərpa Olunan Enerji vasitəsilə Qlobal İqlim Fəaliyyətini Sürətləndirmək” mövzusunda keçiriləcək birgə tədbirdən də bəhs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri