Icma.az
close
up
RU
OPEC+ neft istehsalını artırdı Qiymət ucuzlaşacaq?

OPEC+ neft istehsalını artırdı Qiymət ucuzlaşacaq?

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Səudiyyə Ərəbistanının təzyiqi ilə neft hasilatını sürətlə artırmağa başlayan OPEC+ blokunun gözlənilməz strategiya dəyişikliyi təkcə kvotaları daimi olaraq aşan tərəfdaşları cəzalandırmaq məqsədi daşımır. Həm də ABŞ şirkətlərindən bazar payını geri almaq məqsədi güdür.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Ər-Riyad sonuncu dəfə ABŞ-də şist neft hasilatına qarşı mübarizə aparmağa on il əvvəl cəhd etmişdi və o zaman məğlubiyyətlə barışmalı olmuşdu. ABŞ istehsalçıları qazma texnologiyalarında irəliləyiş əldə edərək xərcləri ciddi şəkildə azaltmış və rəqabətə davam gətirmişdilər.

Lakin indi ABŞ şirkətləri bir sıra səbəblərə görə daha həssas vəziyyətdədir. Üstəlik, Səudiyyə Ərəbistanında neft hasilatının maya dəyəri hələ də xeyli aşağıdır.

Agentliyin danışdığı on mənbədən dördü təsdiqləyib ki, əsas hədəf bazar payını qaytarmaqdır. Baxmayaraq ki, hələlik heç biri bunu qiymət müharibəsi adlandırmır. Digər bir mənbə isə bildirib ki, əsas məqsəd digər ölkələrin planlarına qeyri-müəyyənlik gətirməkdir. OPEC+ üçün arzuolunan qiymət 55–60 dollar/barel səviyyəsindədir ki, bu da ABŞ üçün kifayət qədər ucuz sayılır.

Son on ildə ABŞ şirkətləri hasilatı 60 faizdən çox artırıb, OPEC ölkələri isə əksinə, bir qədər azaldıb. Amma indi ABŞ-də ən keyfiyyətli sahələr tükənmək üzrədir, bu da xərcləri artırır və onlara yenidən təzyiq göstərmək üçün fürsət yaradır.

ABŞ şirkətləri arasında keçirilmiş sorğu göstərib ki, onların rentabelli işləyə bilməsi üçün neftin qiyməti ən azı 65 dollar olmalıdır. Hazırkı qiymətlər isə onlara artıq problem yaratmağa başlayıb. ConocoPhillips şirkətinin qiymətləndirməsinə əsasən, qiymət 50 dollara düşərsə, hətta iri şirkətlər belə hasilatı azaltmalı olacaqlar.

Əlavə amil kimi qeyd edilir ki, Səudiyyə Ərəbistanının bu qərarına ABŞ prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınmasına dair çağırışları da təsir edib. ABŞ lideri daha əvvəl Ər-Riyada hasilatı artırmağı, eləcə də ABŞ şirkətlərindən eyni addımı atmağı tələb etmişdi. Tramp daxili istehsalçıların ucuz qiymətlərlə hasilatı necə artıra biləcəyi məsələsini izah etməsə də, adətən öz ideyalarının faydasından danışır.

Beləliklə, indiki hasilat artımı Ağ Evin rəhbərinin qəzəbinə səbəb olmayacaq. Əksinə, ABŞ neft sənayesində böhran dərinləşəndə və Tramp mövqeyini dəyişəndə, artıq bazar payı itirilmiş olacaq.

Bundan əvvəl "Goldman Sachs" investisiya bankının analitikləri Trampın neft qiymətləri ilə bağlı sosial şəbəkələrdəki paylaşımlarını təhlil edərək nəticəyə gəliblər ki, o, ən çox "WTI" markalı neftin qiymətinin 40–50 dollar/barel aralığında olmasını bəyənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri