Icma.az
close
up
RU
OpenAI Elon Maska qarşı süni intellekt gücünü ələ keçirməyə cəhd iddiası qaldırıb

OpenAI Elon Maska qarşı süni intellekt gücünü ələ keçirməyə cəhd iddiası qaldırıb

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Süni intellekt şirkəti "OpenAI" ilə "Tesla" və "SpaceX"in baş direktoru İlon Mask arasındakı gərginlik məhkəməyə qədər irəliləyib. Elon Mask 97,4 milyard dollarlıq satın alma təklifindən sonra şirkətə qarşı məhkəmə iddiası qaldırdıqdan sonra şirkət bu dəfə Maska qarşı iddia ilə cavab verib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "OpenAI" tərəfindən açılan iddiada İlon Maskın şirkətə qarşı son addımlarının “zərərli” olduğu, bu cəhdlərin şirkətin inkişafını dayandırmaq və süni intellekt texnologiyalarını öz maraqlarına uyğun yönləndirmək məqsədi daşıdığı bildirilib.

"OpenAI"nin vəkilləri tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə Maskın keçmiş ittihamları və son “düşməncə ələ keçirmə təklifi” şirkətin missiyasını sarsıtmaq üçün qəsdən edilmiş cəhd kimi təsvir edilir.

Elon Mask "OpenAI"nin yaradıcılarından biri olsa da, son illərdə onun şirkətlə əlaqələri zəifləyib. Mask daha əvvəl "OpenAI"ni "bəşəriyyət üçün təhlükəsiz süni intellekt istehsal etmək" məqsədindən yayınmaqda və açdığı iddiada mənfəət yönümlü strukturu qəbul etməkdə günahlandırmışdı.

"OpenAI" isə dekabr ayında dərc etdiyi bloq yazısında İlon Maskın əvvəllər şirkətin sırf mənfəət yönümlü bir struktura çevrilməsinin tərəfdarı olduğunu və mövcud rəhbərliklə fikir ayrılıqlarının əsas səbəbinin bu olduğunu açıqlayıb.

2025-ci ilin əvvəlində Elon Mask "OpenAI"ı əldə etmək üçün 97,4 milyard dollarlıq təklif təqdim edib.

Mask bu təklifi şirkəti “açıq mənbə və təhlükəsizliyə fokuslanma” kimi ilkin missiyasına qaytarmaq üçün etdiyini iddia edib. Lakin "OpenAI" rəhbərliyi bunu “səmimi olmayan” təklif kimi rədd edib.

Üstəlik, Mask, "OpenAI" qeyri-kommersiya təşkilatı olaraq qaldığı müddətcə satınalma təklifindən imtina edəcəyini bildirdi.

"OpenAI"nin əks iddiasında Maskın bu təklifdə əsl niyyətinin şirkət üzərində nəzarəti ələ keçirmək olduğu vurğulanıb. Şirkətin vəkilləri İlon Maskın oxşar müdaxilələr etməsinin qarşısının alınmasını istəyib.

Tərəflər arasında hüquqi prosesin nə vaxt bitəcəyi hələlik məlum deyil. Bununla belə, bu işin süni intellekt texnologiyalarının gələcəyi və etik hədləri ilə bağlı mühüm beynəlxalq nəticələrə səbəb ola biləcəyi bildirilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri