Icma.az
close
up
RU
İndi Azərbaycan regionda öz şərtlərini diktə edən tərəfdir Politoloq Oqtay Qasımov KONKRET

İndi Azərbaycan regionda öz şərtlərini diktə edən tərəfdir Politoloq Oqtay Qasımov KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dörd il əvvəl Azərbaycan 44 günlük müharibədə əldə etdiyi zəfərlə  Cənubi Qafqazda siyasi reallığı dəyişdi. Regionda söz sahibinə çevrilən ölkəmiz bütün platformalarda qalib tərəf kimi bu reallığı diktə etməyə başlayıb. Kapitulyasiya aktına imza atan Ermənistanın isə bu reallıqları qəbul etməkdən başqa çarəsi qalmayıb. Üzərinə götürdüyü öhdəliklərin bəzilərini  yerinə yetirməkdən yayınan  Ermənistan sülh şərtlərindən də yayınır. Amma hər nə olsa da, reallıq ortadır və Azərbaycan qalib dövlət kimi öz şərtlərini diktə edir. Azərbaycanın 44 gün ərzində qazandığı şanlı  qələbə tarixə qızıl hərflərlə yazılıb. Bəs ekspertlər tarixi zəfəri necə xarakterizə edir?

Politoloq Oqtay Qasımov KONKRET.az-a açıqlamasında bildirib ki, 4 ildə regionda ciddi  dəyişikliklər baş verib:

“İlk növbədə Azərbaycan özünün yaratdığı reallıqları daha çox qəbul etdirməyə başlayıb. Erməniləri dəstəkləyən qüvvələr də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etməyə məcbur olublar. Azərbaycan 44 günlük müharibədə qazanılan zəfərdən sonra bölgədə əsas oyunçulardan birinə çevrilib.Azərbaycan regiondan kənar və regiondakı bəzi dövlətlərin proseslərə neqativ müdaxilələrinin qarşısını almağı bacarıb. İndi ölkəmiz öz maraqlarını təmin olunması üçün oyun qaydalarının qurulmasını təklif edən əsas tərəfdir. 4 il müddətində Azərbaycan işğaldan azad edilən ərazilərin bərpa edilməsi istiqamətində ciddi addımlar atıb. Artıq 30 minə yaxın soydaşımız Laçın, Zəngilan, Cəbrayıl, Füzuli,  Şuşa, Xocalı və digər bölgələrə qayıtmağa başlayıblar. Bölgədə infrastrukturun qurulması ciddi şəkildə həyata keçirilir”.

Daha sonra Qarabağdan separatizmin kökünü kəsilməsinə toxunan politoloq bildirib ki, bununla da Azərbaycan öz suvernliyini tam bərpa edib:

“Artıq Rusiya sülhməramlıları vaxtından əvvəl bölgəni tərk ediblər. Eyni zamanda Azərbaycan nəqliyyat dəhlizlərinin bu ərazilərdən keçən hissəsini sürətlə  bərpasını həyata keçirməkdədir. Bu baxımdan Azərbaycan qalib dövlət kimi öz maraqlarının təmin olunması istiqamətində siyasətini davam etdirir. Və arxada qalan müddətdə Azərbaycan özünün müdafiə qabiliyyətini daha çox artırıb. Orduda islahatlar aparılır. NATO standartlarına uyğun, Türkiyə ordusu modelində ordu qurulmaqdadır. Bu dörd il Azərbaycan tarixində çox ciddi hadisələrin baş verdiyi dövr kimi dəyərləndirilməlidir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri