Oral seks zamanı infeksiyalardan necə qorunmaq olar?
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Oral seks zamanı da bəzi cinsi yolla ötürülən infeksiyalar keçə bilər. Bunlara HPV, herpes, qonoreya, sifilis, xlamidiya və bəzi hallarda HİV daxildir.
Medicina.az qounmaq üçün tövsiyələri təqdim edir:
Prezervativdən (penis üçün) və ya dental dam (oral seks üçün qoruyucu lateks örtük) istifadə edin.
Ağızda yara, qanayan diş əti və ya boğaz infeksiyası olduqda oral seksdən çəkinin.
Həm siz, həm də partnyorunuz mütəmadi olaraq cinsi yolla keçən infeksiyalar üçün müayinədən keçin.
Təsadüfi və ya yeni partnyorla qorunmasız oral seksdən çəkinin.

HPV peyvəndi, uyğun yaş və göstəriş olduqda, HPV ilə əlaqəli bəzi infeksiya və xərçəng riskini azaltmağa kömək edir.
Oral seks zamanı hamiləlik riski olmasa da, infeksiyaların ötürülmə riski mövcuddur. Buna görə qoruyucu vasitələrdən istifadə və müntəzəm müayinələr cinsi sağlamlığın qorunması üçün vacibdir.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 04 Avqust 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















