Orban Aİ ni HƏDƏLƏDİ: Rusiyaya qarşı növbəti sanksiyalara mane olacağıq
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
Macarıstanın Baş naziri Viktor Orban Rusiya qazı ilə bağlı Avropa İttifaqını hədələyib.
Sfera.az bildirir ki, o, bu barədə dövlət radiosuna açıqlamasında danışıb.
Orban bildirib ki, Aİ Ukrayna ərazisindən Rusiya qazı axınının yenidən başlamasına kömək etməlidir:
“Brüssel Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpasına kömək etməsə, biz Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalarının tətbiqinə mane olacağıq”. Orban vurğulayıb ki, Ukraynanın Rusiya qaz tranzitini dayandırması və qiymət artımı “qəbuledilməzdir”.
“Buna görə də Macarıstan bu həftə Aİ-dən enerji təhlükəsizliyinə zəmanət istəyir. Bundan əlavə, Avropa Komissiyası ukraynalıların Rusiya qazının tranzitini bərpa etməsi məsələsini həll edəcəyinə söz verib. Əgər komissiya razılaşdığımızı etməsə, sanksiyalar dayandırılacaq”, - Baş nazir bildirib.
Xatırladaq ki, yanvarın 1-də Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınmasına dair müqavilənin müddəti başa çatdıqdan sonra Avropada yeni böhran yaranıb.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 31 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















