Icma.az
close
up
RU
Orqanizmi xəstəliklərdən qoruyur MARAQLI FAKTLAR + FOTO

Orqanizmi xəstəliklərdən qoruyur MARAQLI FAKTLAR + FOTO

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Günəbaxan yağını “omega-6” yağ turşularının yüksək tərkibinə görə çox vaxt faydalı məhsul hesab etmirlər. Lakin norma çərçivəsində istifadə zamanı bu məhsul tamamilə zərərsiz və hətta sağlamlıq üçün faydalıdır.

News24.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə britaniyalı dietoloq Rob Hobson “Daily Mail” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, günəbaxan yağı məşhur kokos və zeytun yağlarına nisbətən daha az doymuş tərkiblidir. Günəbaxan yağının bir porsiyasında təxminən 1.5 q doymuş yağ var, zeytun və kokos yağlarında isə bu göstərici daha yüksəkdir.

“Günəbaxan yağının tərkibindəki “omega-6″nın artıqlığı, kifayət qədər “omega-3″ qəbul edilmədikdə həqiqətən orqanizmdə iltihabi proseslərə səbəb ola bilər. Lakin bu məhsuldan tam imtina əsassızdır. Normal miqdarda günəbaxan yağı tamamilə zərərsizdir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, yüksək yanma temperaturu (232°C) günəbaxan yağını qızartma üçün əla seçim edir. Müqayisə üçün, zeytun yağında bu göstərici 190-207°C, kərə yağında isə cəmi 150°C-dir.

Qeyd edək ki, günəbaxan yağında bir çox vitaminlər, xüsusilə “E”, “A”, “D” və “F” vitaminləri var. Bundan əlavə, xolesterolu azaltmağa kömək edən “omega-3” və “omega-6” yağ turşuları var. Bu turşulardan əlavə, yağda linolen, linol, palmitin, stearin və miristin yağ turşuları, həmçinin orqanizm üçün dəyərli olan fosfor var.

Mötədil istifadədə günəbaxan yağı orqanizmi infeksiyalardan qoruya bilər. Onun istifadəsi zamanı mədə-bağırsaq traktı və endokrin sisteminin normallaşması ehtimalı yüksəkdir. Bundan əlavə, o, qaraciyərin təmizlənməsinə və iltihabın aradan qaldırılmasına kömək edə bilər. Bu yağ artrit və revmatizmin profilaktikası üçün istifadə olunur. O, ürək və damarların işinə müsbət təsir göstərə, sinir sistemini gücləndirə və beyin fəaliyyətini yaxşılaşdıra bilər. Günəbaxan yağı uşaq dərisinə yaxşı təsir göstərə bilər və hətta bəzi uşaq kremlərinin tərkibinə əlavə edilir. Mütəxəssislərin fikrincə, yağda olan “D” vitamini raxit xəstəliyinin qarşısının alınmasına kömək edir.

Sağlam yetkin insan üçün tövsiyə olunan günəbaxan yağı dozası gündə 20-30 qram, yəni 1-2 xörək qaşığıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Noyabr 2024 03:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri