Icma.az
close
up
RU
Orta Asiya dövlətləri Kipr Türk Cumhuriyyətini nə üçün tanımadılar?

Orta Asiya dövlətləri Kipr Türk Cumhuriyyətini nə üçün tanımadılar?

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstan, Özbəkistan və Qırğızstanın Şimali Kipr Türk Cümhuriyyətinin elan edilməsini pisləyən BMT Qətnamələrini dəstəkləməsinin, yunan Kiprini tanımasının pərdəarxası nədir?

Türk Dövlətləri Təşkilatının üzvləri olan bu Orta Asiya ölkələri nə üçün Türkiyənin deyil, Avropa İttifaqının mövqeyini dəstəklədilər?

Çətin suallardır.

Amma bir cavabı geopolitik logistika savaşında axtarılmalıdır.

Mərkəzi Asiyanı logistika savaşı üçün meydana çevrirlər.

Orta Asiya ölkələrinin və Avropa Birliyinin Səmərqənddə keçirilmiş Sammitində bu bir daha nümayiş olundu.

Bu gün Avropa Mərkəzi Asiyanın sonsuz qazanc vəd edən nəqliyyat dəhlizlərində oturmaq üçün Rusiya və Çinə qarşı açıq mübarizə aparır.

Təsadüfi deyil ki, Aİ-nin elan etdiyi 300 milyard avro həcmində “Global Gateway” strateji planı Çinin “bir yol, bir qurşaq” planına qarşı ciddi alternativ sayılır.

Avropa İttifaqının Mərkəzi Asiyada maraqlarına gəlincə, 3 türk dövlətinə 12 milyard avro vəd olunur. Bundan əlavə, yeni texnologiyalara çıxış, Rusiya və Çinin nəzarət etməyəcəyi rəqəmsal şəbəkə, güzəştli ticarət və böyük bazarlar….

Aİ regionda ən böyük xarici investordur. Bütün birbaşa xarici investisiyaların 40 faizini təşkil edir. Ticarət sahəsində Aİ Mərkəzi Asiya ölkələrinin ikinci ən mühüm tərəfdaşıdır.

Burada digər ən mühüm hədəf Orta Asiyanın faydalı qazıntılarıdır. Avropa İttifaqı buna çıxış əldə etməyə çalışır.

Yunan Kiprinə gəlincə, 2026-cı ildə Kipr Avropa İttifaqına sədrlik edəcək. Kipr bu müddətdə əsas hədəfini ölkənin siyasi tərəfdən tanınmasına yönəldəciyini elan edir. Aİ-də bu baxımdan ona dəstək verir.

Bəs Orta Asiya ölkələri yunan Kiprini dəstəkləməsindən nə fayda alacaqlar?

Bu çox mürəkkəb gedişlər vəd edən siyasətdir. Xüsusən Türkiyə ilə münasibətlərdə bu addımların izahı tələb olunacaq. Üstəlik Türk Dövlətləri Təşkilatının prioritetləri ilə uzlaşdırmaq çox mühüm məsələdir.

Orta Asiya liderləri çox guman ki, TDT-dən iqtisadi fayda, Avropadan isə siyasi qazanc əldə etmək isəyirlər.

Bütün bunlar isə regionda dominant olan Rusiya, Türkiyə və Çinin diqqətli müşahidəsi altında baş verir.

“Böyük Oyun” davam edir.

Azərbaycana gəlincə, Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik sazişinə və TDT-nin prinsipial hədəflərinə sadiq olacağını bir daha bəyan edib.

Xaqani SƏFƏROĞLU

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri