Icma.az
close
up
RU
“Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq”

“Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları növbəti 15 il ərzində təxminən 28 milyard ABŞ dolları təşkil edəcək”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

Onun sözlərinə görə, kommersiya baxımından həyat qabiliyyətli layihələrin çatışmazlığı və müvafiq olaraq, bu cür böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün məhdud imkanlar mövcuddur.

“Bunlardan 25 milyard ABŞ dolları dəmir yolları üçün, 1,8 milyard ABŞ dolları isə limanların genişləndirilməsi və modernləşdirilməsi üçün tələb olunur. Bu, əlbəttə, mənim əvvəlki fikrimə uyğundur ki, məhz bu yerlərdə “darboğazlar” yaranır. Buraya müxtəlif nəqliyyat növlərinin kəsişmə nöqtələri - dənizdən dəmir yoluna, dəmir yolundan avtomobil nəqliyyatına kimi nöqtələr daxildir”, - R.Prays bildirib.

O qeyd edib ki, məhz burada ləngimələr baş verir və bu məsələləri həll etmək lazımdır: “Daha bir mühüm problem ondan ibarətdir ki, indi çox sayda ölkələrdən keçməli olursan. Buna görə də dəhlizin istifadəçilərinə keçidi maksimum dərəcədə rahat etmək üçün rəqəmsallaşdırma, prosedurlar və tənzimləmə sahəsində müvafiq yanaşmalar tapmaq vacib nüansdır. Biz dəhlizin inkişafı və gücləndirilməsində çox fəal şəkildə iştirak edirik”.

R.Prays vurğulayıb ki, çoxtərəfli inkişaf banklarının mövcud sorğuları tam ödəmək üçün kifayət qədər vəsaiti yoxdur: “Buna görə də biz tərəfdaşlıq modelini daha çox təkmilləşdiririk, özəl kapitalı cəlb edir və hökumətlərlə məhz bu istiqamətdə işləyirik. Bizim xarici planımız tərəfdaşlıqlar yaratmaq və inkişaf mütəxəssislərini birləşdirməkdən ibarətdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri