Icma.az
close
up
RU
AIIB in baş direktoru: Orta Dəhliz üçün növbəti 15 ildə 28 mlrd. dollara ehtiyac var

AIIB in baş direktoru: Orta Dəhliz üçün növbəti 15 ildə 28 mlrd. dollara ehtiyac var

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Orta Dəhlizin tam işləməsi üçün növbəti 15 ildə təxminən 28 milyard ABŞ dollarına ehtiyac var. Buna görə də infrastruktur hələ də bir nömrəli prioritetdir.

"APA-Economics" xəbər verir ki, bunu Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada bildirib.

Onun sözlərinə görə, birinci prioritet “bankable” layihələrin maliyyələşdirilməsidir: "Orta Dəhliz üçün növbəti 15 ildə təxminən 28 milyard ABŞ dollarına ehtiyac var. Buna görə də infrastruktur hələ də bir nömrəli prioritetdir. İkinci isə əməliyyat səmərəliliyidir. Çünki Orta Dəhlizi investorlar və yükdaşıyıcılar üçün cəlbedici etmək üçün ən vacib məsələ onun etibarlı və proqnozlaşdırıla bilən olmasıdır. Hazırda keçmişdə daşımalar bir ay çəkirdisə, indi bu müddət təxminən 18 gündür. Amma bu hələ də yüksəkdir".

Xiaohong Yang onu da bildirib ki, Orta Dəhlizin işləməsi üçün daha çox layihəyə ehtiyac var:

"Bu təkcə yollar və dəmir yolları deyil, həm də gəmilər, donanmalar, limanlar, hava limanları, əməliyyat sistemləri və rəqəmsal platformaları əhatə edir. Bu dəhlizdə çoxsaylı operatorlar birlikdə işləməlidir, çünki Orta Dəhlizin əsas xüsusiyyəti multimodal olmasıdır, yəni yalnız bir infrastruktur növü deyil, bütün sistemlərin birgə işləməsi vacibdir".

AIIB nümayəndəsi həmçinin Azərbaycanda aparılan modernləşmə proseslərini yüksək qiymətləndirib:

"Mən burada Azərbaycanda böyük modernləşmə işlərinin aparıldığını görürəm. Son bir neçə gün ərzində Azərbaycanda olduğum müddətdə dövlət qurumları və dövlət müəssisələri ilə görüşlər keçirdim və çox təsirləndim. Onlar artıq əməliyyat səmərəliliyi, etibarlılıq və proqnozlaşdırıla bilənlik üzərində işləməyə başlayıblar. Həmçinin vurğulamaq istərdim ki, cənab Rəhman Hümmətovun da qeyd etdiyi kimi, xüsusilə Azərbaycan Orta Dəhliz üzrə investisiyaların, əməliyyat səmərəliliyinin və PPP-lərin təmin edilməsində mühüm rol oynayır."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 İyun 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri