Icma.az
close
up
RU
Orta Dəhliz dünyanın diqqətində əsas Azərbaycandır

Orta Dəhliz dünyanın diqqətində əsas Azərbaycandır

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Prezident İlham Əliyev Çinin CGTN telekanalın müsahibəsində Orta Dəhlizin əhəmiyyəti, potensialı haqqında da danışıb. Ölkə başçısı Orta Dəhliz layihəsinin Azərbaycan seqmentinin infrastrukturunun təkmilləşdirməsi, dəniz ticarət limanı və dəmir yolu infrastrukturunun genişləndirilməsi prosesi, yeni biznes imkanları, dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaq planları haqqında ətraflı məlumat verib. Prezident bildirib ki, Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil, bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır.

Mövzu ilə bağlı millət vəkilləri, iqtisadçı ekspertlər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

“Orta Dəhlizin genişləndirilməsi regionun geosiyasi əhəmiyyətini artırır”

Milli Məclisin deputatı Vüqar Bayramov “Xalq Cəbhəsi”nə bildirib ki, Orta Dəhliz bütövlükdə region üçün vacib layihələrdən biridir: “Orta Dəhlizin genişləndirilməsi region üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərir və daha çox yüklərin məhz Orta Dəhliz vasitəsilə daşınması müşahidə olunur. Təbii ki, bu həm də Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına, Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradır. Nəticə etibarı ilə Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edir”.

Deputat qeyd edib ki, bu, qeyri-neft sektorunun ÜDM-dəki payına, eyni zamanda, qeyri-neft sektorunun fiskal gəlirlərimizdəki payına pozitiv təsir göstərir: “Bu baxımdan təbii ki, Orta Dəhlizin genişləndirilməsi həm regionun geosiyasi əhəmiyyətini artırır, Azərbaycan daxil olmaqla regionda yerləşən türk dövlətlərinin beynəlxalq yükdaşımalardan gəlirlərinin artmasına səbəb olur, həm də bütövlükdə nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizin imkanlarının daha da artırılmasına və region üzərindən daha çox yüklərin daşınmasına gətirib çıxaracaq”.

“Çinlə olan əməkdaşlıq Orta Dəhlizin inkişafı üçün son dərəcədə önəmlidir”

İqtisadçı Eldəniz Əmirov bildirib ki, Orta Dəhizin Çin, Qazaxıstan, eləcə də Mərkəzi Asiya Respublikaları üçün olan əhəmiyyəti və Azərbaycan üçün olan əhəmiyyəti bir qədər fərqli mahiyyət daşıyır: “Çünki Orta Dəhliz əslində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xəzər dənizindən Avropa hissəsi və Xəzər dənizindən Asiya hissəsi olaraq iki hissəyə bölünür. Məhz bu dəhliz iki hissəyə bu nöqtədə bölünür. Ona görə ki, digər dəhlizlər həmin bu nöqtədə gəlib Şərq-Qərb dəhlizinə birləşərək Şərq-Qərb dəhlizinin potensialını və faydasını artırır. Məsələn, Lapis-Lazuli dəhlizi, Şimal-Qərb dəhlizi və Cənub-Qərb dəhlizi məhz Şərq-Qərb dəhlizinin Xəzər dənizindən qərb istiqamətində olan hissəsi ilə birləşir. Ona görə də Şərq-Qərb dəhlizi digər üç dəhliz üçün bir növ baza və əsas rolunu oynayır. Bu baxımdan Şərq-Qərb dəhlizi Azərbaycan üçün digər dəhlizlərin də potensialını daha yuxarı səviyyədə istifadə etməyə imkan verir”.

E.Əmirovun sözlərinə görə, ümumiyyətlə, istənilən dəhliz hansı ölkələrdən keçirsə bu ölkələrdə investisiya perspektivləri, biznes imkanları yaradır: “Eyni zamanda, infrastrukturun daha da genişlənməsini, dəhliz boyunca mikro sahibkarlığın, o cümlədən orta sahibkarlığın inkişafını stimullaşdırır. Əlavə olaraq dəniz logistikasını, dənizçiliyi məhz Şərq-Qərb dəhlizi baxımından inkişaf etdirir. Yəni bu dəhliz öz ətrafında bir vadi rolunu oynayır və öz marşrut xətti boyunca iqtisadi inkişafı ciddi şəkildə məşğulluqdan digər makroiqtisadi göstəricilərin artımına qədər bir çox istiqamətlərdə dəstəkləyir. Bu baxımdan Çinlə olan əməkdaşlıq düşünürəm ki, Azərbaycan iqtisadiyyatı və Orta Dəhlizin inkişafı üçün son dərəcədə önəmlidir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Fevral 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri