Icma.az
close
up
RU
Orta Dəhliz üçün yeni perspektiv: Çin şirkəti Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol şirkətlərinin birgə müəssisəsinə qoşulub

Orta Dəhliz üçün yeni perspektiv: Çin şirkəti Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol şirkətlərinin birgə müəssisəsinə qoşulub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında üçtərəfli görüş keçirilib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə səmərəli əməkdaşlıq məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin 7 aylıq fəaliyyətinin yekunları müzakirə edilib.

Tərəflər Orta Dəhlizin imkanlarının artırılması, xüsusilə dəhliz üzrə xidmətlərin rəqəmsallaşmasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Xüsusilə qeyd olunub ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə yükdaşımalarda artım dinamikası müşahidə olunur. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 7 ayı ərzində bu göstərici artıq 225 blok-qatar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin 7 ayında ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Görüşdə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyəti, bu addımın Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda CRCT şirkətinin birgə müəssisəyə qoşulması yekdilliklə qəbul edilib və müvafiq protokol imzalanıb.

Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstanın “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsi çərçivəsində əməkdaşlığı Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə, vahid pəncərə vasitəsilə müştəri rahatlığının artırılmasına yönəlib. Çin şirkətinin bu müəssisəyə qoşulması ilə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərinin təşkili üçün yeni imkanlar yaranacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see338

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see218

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see121

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see119

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see119

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see119

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see118

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see117

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri