Orta əmək haqqı bizdən 42 faiz yüksək olan Qazaxıstanda ətin qiyməti Azərbaycandan iki dəfə ucuzdur
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qazaxıstanda təzə sümüklü mal ətinin qiyməti bizim pulla 7,8 manatdan 8,3 manata qalxıb. Buna görə deputatlar və dövlət mətbuatı ciddi narazılıqlarını bildirirlər. Azərbaycanda isə mal ətinin qiyməti bahalaşaraq 17 manata qalxıb. Orta əmək haqqı Azərbaycanla müqayisədə 42 faiz yüksək olan Qazaxıstanda mal ətinin qiyməti Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur. Yəni azərbaycanlılardan 40 faiz çox əmək haqqı alan qazaxlar azərbaycanlılardan 2 dəfə ucuz qiymətə ət əldə edirlər”.
Bunu Gununsesi.info-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
O, bahalaşma ilə bağlı parlamentin komitə sədrinin çıxışına da ironiya edib.
“Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, ədəbiyyat müəllimi, aylıq əmək haqqı ölkə üzrə orta əmək haqqından 5 dəfə yüksək olan Tahir Rzayev isə deyir ki, əməkhaqları, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılırsa, qiymətlərin artmasına da, razılıqla yanaşmaq lazımdır”.
GUNUNSESI.INFO
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















