Icma.az
close
up
RU
“Orta güc” kimi Avrasiyanın ciddi aktoruna çevrilən Bakı

“Orta güc” kimi Avrasiyanın ciddi aktoruna çevrilən Bakı

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O əlavə edib ki, bu gün Avropanın Azərbaycana artan marağı təsadüfi deyil: “Bu, son illərdə qlobal və regional geosiyasi proseslərin dəyişməsi, Avropanın enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı yeni çağırışlarla üzləşməsi, eyni zamanda Prezident İlham Əliyevin uzun illər ardıcıl şəkildə həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasətin məntiqi nəticəsidir.
Azərbaycan artıq təkcə Cənubi Qafqazın aparıcı dövləti deyil. O, Avrasiya məkanında geosiyasi proseslərə təsir edən orta güc (middle power) və yumşaq güc (soft power) elementlərini uğurla birləşdirən mühüm aktora çevrilir”.

 Deputat bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs öz bəhrəsini verir:
“Şuşada keçirilən IV Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın yeni geosiyasi statusunu aydın şəkildə ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan regional əməkdaşlığı, dialoqu və qarşılıqlı etimadı təşviq edən, müxtəlif geosiyasi mərkəzlər arasında körpü rolunu oynayan ölkədir. Bu yanaşma artıq praktik nəticələr verir.
Rusiya–Ukrayna müharibəsi, Qırmızı dənizdə və Körfəz regionunda davam edən böhranlar Avropanın enerji, logistika və ticarət marşrutlarını yenidən nəzərdən keçirməsinə səbəb olub. Yeni şəraitdə Avropa üçün etibarlı tərəfdaş, təhlükəsiz enerji mənbəyi və alternativ nəqliyyat dəhlizləri həyati əhəmiyyət daşıyır. Məhz bu reallıq Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə mətbuata bəyanatında Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədə olması barədə səsləndirdiyi fikir təsdiq edir ki, Bakı ilə Bratislava arasında münasibətlər formal diplomatik əlaqələrdən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

A.Əlizadə əlavə edib ki, beynəlxalq münasibətlər sistemində "orta güc" anlayışı yalnız iqtisadi və hərbi potensialla müəyyən edilmir. “Orta güclər müxtəlif geosiyasi mərkəzlər arasında dialoq yaradan, sabitliyə töhfə verən, regional əməkdaşlıq platformaları formalaşdıran və beynəlxalq təşəbbüslərlə çıxış edən dövlətlərdir. Azərbaycan məhz bu modeli uğurla həyata keçirir. Bakı həm Şərqlə Qərb, həm Şimalla Cənub arasında əməkdaşlıq platforması yaradır, eyni zamanda müxtəlif siyasi düşərgələr arasında etibarlı tərəfdaş statusunu qoruyur.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir; Orta Dəhlizin əsas aparıcı ölkəsidir; Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən əsas tranzit mərkəzidir; regional sabitliyin və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır; Qarabağın bərpasını beynəlxalq əməkdaşlıq platformasına çevirir. Bütün bunlar Azərbaycanın yumşaq güc imkanlarını da əhəmiyyətli dərəcədə artırır”, - o vurğulayıb.

Enerji təhlükəsizliyi Azərbaycanın geosiyasi nüfuzunu artırdığını qeyd edən deputat bildirib ki, Avropanın Azərbaycana marağının əsas səbəblərindən biri enerji təhlükəsizliyidir:
“Rusiya qazından asılılığın azalması fonunda Azərbaycan Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevrilib. Lakin söhbət artıq yalnız neft və qazdan getmir. Azərbaycan yaşıl enerji strategiyasını həyata keçirərək Xəzərin külək enerjisi potensialını, günəş elektrik stansiyalarını və digər bərpa olunan enerji layihələrini inkişaf etdirir. Bu istiqamətdə reallaşdırılan layihələr gələcəkdə Avropanın enerji balansının şaxələndirilməsində mühüm rol oynayacaq.

Eyni zamanda Azərbaycan Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında əsas bağlantı ölkəsi kimi çıxış edir. Bu, ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırır. Slovakiya Prezidenti Peter Pelleqrini də bunu xüsusi vurğuladı ki, "Azərbaycan mühüm regional iştirakçıdır. “O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır", - Slovakiya prezidenti qeyd edib. Bu bəyanatlar Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrildiyini göstərir”.

Orta Dəhliz Avropanın yeni iqtisadi arteriyasına çevrildiyini vurğulayan deputat əlavə edib ki, Rusiya–Ukrayna müharibəsi və Qırmızı dənizdə yaranmış təhlükəsizlik problemləri beynəlxalq yükdaşımaların istiqamətini dəyişir.
“Bu şəraitdə Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, Avropa İttifaqı üçün də strateji əhəmiyyət daşıyır. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut qlobal ticarətin alternativ arteriyasına çevrilir. Bu dəhlizin əsas mərkəzi isə Azərbaycandır. Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi nəqliyyat və logistika siyasəti bu gün öz real nəticələrini verir”, - o deyib.

Deputat hesab edir ki, Slovakiya Prezidentinin Azərbaycana səfərinə məhz Şuşadan başlaması təsadüfi seçim deyildi: “Şuşadan başlayan bu səfər geosiyasi mesaj idi. Bu, Azərbaycanın  yaratdığı yeni reallığa və bərpa prosesinə verilən açıq siyasi dəstək idi. Bu onu göstərir ki, Qarabağ artıq beynəlxalq investisiya, texnologiya və əməkdaşlıq platformasına çevrilir”.
Slovakiya prezidentinin səfərini Azərbaycan–Avropa münasibətlərinin yeni mərhələsi adlandıran deputat bildirib ki, bu gün Slovakiya ilə münasibətlər əslində Avropa İttifaqının Azərbaycana münasibətində müşahidə olunan ümumi tendensiyanın tərkib hissəsidir:

“Avropa artıq Azərbaycana yalnız enerji ixracatçısı kimi baxmır. Bakı enerji təhlükəsizliyinin təminatçısıdır; Orta Dəhlizin əsas qovşağıdır; Xəzər hövzəsinin Avropaya açılan qapısıdır; regional sabitliyin və əməkdaşlığın təşəbbüskarıdır; müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı tərəfdaşdır. Bu xüsusiyyətlər Azərbaycanın Avrasiya məkanında orta və yumşaq güc kimi mövqelərini daha da möhkəmləndirir.

Azərbaycan–Slovakiya münasibətlərində müşahidə olunan dinamika təkcə iki ölkə arasındakı əməkdaşlığın genişlənməsi deyil. Bu, Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisədir.
Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət nəticəsində Azərbaycan bu gün Avrasiyanın əsas geosiyasi və geoiqtisadi mərkəzlərindən birinə çevrilib. Enerji təhlükəsizliyinə verdiyi töhfələr, Orta Dəhlizin inkişafındakı aparıcı rolu, Xəzər hövzəsinin resurslarını dünya bazarlarına bağlayan strateji mövqeyi və regional sabitliyə verdiyi töhfələr ölkəni Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirir.

Şuşadan başlayan Slovakiya Prezidentinin səfəri isə bu yeni geosiyasi reallığın rəmzi olmaqla yanaşı, Azərbaycanın artıq yalnız regionun deyil, bütövlükdə Avrasiyanın siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında söz sahibi olan orta güc aktoru kimi qəbul edildiyini nümayiş etdirir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 İyul 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri